Dünyada daha bir epidemiya sürətlə yayılır
Dünyada əhali arasında maqnezium çatışmazlığı epidemiyası sürətlə yayılmaqda davam edir.
Azia.Az xəbər verir ki, Bunu rusiyalı nevropatoloq Vera Pşeniçnikova “Qovorit Moskva” radiosuna müsahibəsində deyib.
Onun sözlərinə görə, vəziyyətin mürəkkəbliyi sözügedən mikroelementdən analiz götürməyin son dərəcə çətin olması ilə əlaqəlidir.
Eyni zamanda, həkim qeyd edib ki, maqnezium tamamilə zərərsizdir və onun bir çox qəbul sxemi mövcuddur.