Koronavirusla bağlı ixtiraya hazırlaşan gənc alim güllələndi
Pitsburq Universitetinin Tibb Fakültəsinin 37 yaşlı təhqiqatçı alimi Bin Lyu güllələnərək qətlə yetirilib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Taunşipdəki evində ölü halda tapılan gənc alim SARS-CoV-2 infeksiyası ilə bağlı mühüm ixtiranın ərəfəsində imiş.
Lyunu Hao Qu adlı 46 yaşlı tanışı başından və boynundan güllələyib. Qu daha sonra avtomobilində intihar edib. Hazırda onlar arasındakı əlaqə və cinayətin təfərrüatı araşdırılır. Məlumata görə, Lyu 30-dan çox elmi məqalə müəllifidir və sistem biologiyasının müxtəlif araşdırmalarını aparıb. O, koronavirusun fəsadlarının hüceyrə əsaslarını təşkil edən mexanizmlərini aşkara çıxaracaq mühüm ixtiraya hazırlaşırmış. Universitet onun araşdırmalarını başa çatdıracağını açıqlayıb.