azia.az
azia.az

Koronavirusla bağlı mühüm açıqlama — Bu halda 103 və 113 xidmətinə zəng edin!

28-02-2020, 15:45

Koronavirusla bağlı mühüm açıqlama — Bu halda 103 və 113 xidmətinə zəng edin!

TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı koronavirusla bağlı danışıb.
"Azia.Az" xəbər verir ki, TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı REAL TV-yə eksklüziv müsahibə verib.

O bildirib ki, panika üçün heç bir əsas yoxdur. TƏBİB-in idarə heyətinin sədri əlavə edib ki, dövlətimiz bütün işləri görüb.
Ramin Bayramlının sözlərinə görə, sağlam adamların maskadan istifadə etməsinə ehtiyac yoxdur.

TƏBİB-in idarə heyətinin sədri təhsil müəssisələrində təhlükə olmadığını açıqlayıb:
"Şəxsi gigiyena qaydalarına əməl etməkdən başqa heç nəyə ehtiyac qalmır. Xəstəli əlamətləri hiss edən şəxslər evdə qoruyucu maskadan istifadə etsinlər. Təcili yardım ünvana gələnə kimi ailə üzvləri ilə təmasda olmasınlar. Həmin şəxslər özləri tibb ocaqlarına gəlməsinlər.

103 və 113 xidmətinə zəng etsinlər. İcazə verin onu biz həyata keçirək. Çünki biz tibb işçilərimizi də qorumalıyıq. Bizim tibb işçilərimiz xüsusi geyimlərlə təchiz olunub. Zəng edərkən xüsusi riskli bölgədən gəldiklərini söyləməlidirlər ki, bizim tibb işçiləri əvvəldən hazırlıqlı olsun".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi