Gürcüstana bayrama gedənlərə donuz qripi xəbərdarlığı
Tanınmış həkim qonşu ölkədə vəziyyətin ürəkaçan olmadığını deyir, Tiflis rəsmisi isə əksini iddia edir...
“Gürcüstanda qriplə bağlı epidemioloji vəziyyət ürəkaçan deyil. İnsanlar daha çox qripin B tipinə yoluxurlar, yəni qripin yüngül formasına... Amma H1N1-ə (A tipi) yoluxan iki nəfər dünyasını dəyişib. Bayramla bağlı planlarınızda diqqətli olun”.
“Yeni Müsavat” xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev facebookda yazıb. Həkim vətəndaşları Gürcüstana gedəcəkləri təqdirdə sıxlıq yerlərdən uzaq olmağa çağırıb.
Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin elmi rəhbəri Paata İmnadze isə bildirib ki, hazırda qriplə bağlı epidemiya təhlükəsi yoxdur. Onun sözlərinə görə, ölkədə 100 min nəfərə 190 qripə yoluxma halı qeydə alınıb. “Bu göstərici illik müqayisədə 20 faiz azdır. 100 min nəfərə 450-500 yoluxma halı düşəndə, bu artıq epidemiya hesab olunur”.
H1N1 virusundan iki ölüm halının qeydə alınmasına münasibət bildirən P.İmnadze deyib ki, həmin pasiyentlər tibb müəssisələrinə vaxtında müraciət etməyiblər.
Gürcüstanda donuz qripi ile ilgili görsel sonucu
Mərkəzin rəhbəri Amiran Qamkrelidze demişdi ki, H1N1 virusundan iki nəfər ölüb. Onun sözlərinə görə, ölümə məhz H1N1 virusunun səbəb olması laborator yoxlamalarla təsdiq olunub.
Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, virus “donuz qripi” adlansa da, əslində müxtəlif H1N1 viruslarının qarışığından yaranıb - donuz qripi, quş qripi və insan qripi. Bu üzdən viruslara həm donuzların, həm quşların, həm də insanların yoluxması mümkündür. Adi öskürək və asqıraqla ətrafa yayılan damcılar və xəstə insanla yaxın kontaktla xəstəlik asanlıqla yayıla bilir.
Mərkəzin rəhbəri Amiran Qamkrelidze ile ilgili görsel sonucu
“Donuz qripi”nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub. Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada, Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur.
“Donuz qripi”nin texniki adı belə qəbul olunub: A/H1/N1. “A” tipli qrip virusun nəfəs yolu ilə yoluxması nəticəsində ortaya çıxır və bu xəstəlik sürətlə yayıla bilir. “Donuz qripi” donuzlarda bütün il boyu özünü büruzə verə bilər. Xəstəliyə yoluxanlar özlərini əzgin, yorğun hiss edirlər, boğazları qaşınır, əzələləri ağrıyır, quru öskürək müşahidə olunur. Amma quş qripindən fərqi odur ki, bu qripə yoluxanlarda ürəkbulanma və diareya halları tez-tez müşahidə olunmur.
Gürcüstanda donuz qripi ile ilgili görsel sonucu
A/H1N1 tipli qrip yüksək patogenli virus ştamının törətdiyi kəskin infeksion xəstəlikdir. Virus asanlıqla insandan insana hava, damcı yolu ilə keçir və bir neçə saatdan 7 günə qədər olan müddətdə özünü göstərir. Xəstəliyin ilkin əlamətləri yüksək hərarət, öskürək, boğazda ağrı, zökəm, baş və əzələ ağrıları, bəzi hallarda qusma və diareyadır.
A/H1N1 virusu ilə yoluxmuş şəxslər əsasən xəstəliyin başlandığı ilk 7 gün ərzində potensial yoluxdurucu hesab edilməlidir. Uşaqlar, xüsusən də azyaşlı uşaqlar daha uzun müddət ərzində potensial yoluxdurucu ola bilər.
Emil SALAMOĞLU,