azia.az
azia.az

İlham Əliyevin Yeni İqtisadi Siyasəti: müxalifət yenə boğuldu

20-05-2019, 08:53




Parlament seçkiləri başlamazdan xeyli əvvəl, ötən ilin sonundan etibarən Azərbaycanda gözlənilməz siyasi aktivləşmə mərhələsi başlandı. Siyasi canlanmaya səbəb "bloqer Mehman Hüseynovun işi", daha dəqiqi, gözdən düşmüş bloqerin qalmaqallı işi ətrafında təhqiqatın gedişatında buraxılmış səhvlər oldu. Ancaq Prezident İlham Əliyevin ali arbitr kimi vaxtında müdaxiləsi başlamaqda olan etiraz hərəkatını dayandırdı.
İlham Əliyevin Yeni İqtisadi Siyasəti: müxalifət yenə boğuldu
Unudulmuş milli demokratlar bir məhbusun hüquqlarının pozulmasından istifadə edərək onu siyasi etiraz prosesinə çevirməyə çalışdılar. Bundan başqa, müxalifət bəzi sosial qrupların ayrı-ayrı narazılıqlardan doğan çıxışlarını islahatlar və demokratiya uğrunda ümummilli hərəkat kimi təqdim etməyə cəhd göstərdi. Lakin etirazlar yenidən boğuldu. Müqavimət, necə deyərlər, səpələndi ...

Prezident İlham Əliyevin əsas siyasi uğuru nə ilə bağlıdır?! Prezident həmişə, demək olar, bütün çıxışlarında ölkənin ağrılı problemləri haqqında açıq danışır.

Hələ keçən il Nazirlər Kabinetinin iclaslarında, hökumət üzvləri qarşısındakı ənənəvi çıxışlarında, İ.Əliyev Azərbaycan iqtisadiyyatında problemlər-maliyyə, fiskal, sosial və maliyyə siyasətindəki nöqsanlar barədə dəfələrlə danışırdı. Məhz keçən ildən birinci şəxsin təşəbbüsü ilə islahatlara hazırlıq başlandı.

Hakimiyyət "böyük neft" dövrü ilə doğulmuş dövlət kapitalizmi adlandırılan modeldən imtina etdi. Müasir mütərəqqi sosial-siyasi düşüncə nümayəndələrinin qeyd etdikləri kimi, dövlət kapitalizmi modeli, böyük dövlətlərin iqtisadiyyatı üçün “sıfır illəri” ərzində xarakterikdir. Söhbət dövlət korporasiyalarının təkcə milli deyil, həm də qlobal iqtisadiyyatda artan rolundan gedirdi. Məhz dünya ölkələrinin hökumətləri ümumdünya enerjidaşıyıcısılarının təxminən 75 faiz ehtiyatına nəzarət etməyə başladı. Və Azərbaycan bu sırada istisna deyildi.

həm inkişaf, həm də problemlər barədə Prezident özü danışır

Beləliklə, Azərbaycan, dünyanın xammal iqtisadiyyatlı bir çox başqa ölkələri kimi, daxili bazarı xarici bədheybətlərin qəsdindən qorumağa çalışırdı. Və dünyanın bütün neft iqtisadiyyatları dünya korporasiyaları ilə mübarizədə və rəqabətdə əsas alət kimi Sabitləşdirmə fondu adlandırılan modeli hazırladılar. Lakin 2008-ci il dünya böhranı, neft qiymətlərinin düşməsi və ətrafında korrupsiya piramidasının qurulduğu Beynəlxaıq Bankın çökməsindən qaynaqlanan milli bank böhranı Azərbaycan hökumətini özünün iqtisadi siyasətinin əsasları və yanaşmalarını yenidən nəzərdən keçirməyə sövq etdi.

Bürokratik məmur sinfinin rolunu məhdudlaşdıran və kölgə iqtisadiyyatına qarşı təsirli mübarizəni genişləndirən hakimiyyət, dövlət kapitalizmi modelindən rəqabətə və diversifikasiya olunmuş iqtisadiyyata keçid anlayışını tətbiq etməyə başladı.

Hakimiyyətin proqram bəyannaməsinə əsasən, yeni modeldə üstün rolu qeyri-neft sektoru oynayacaq. Bu məqsədlə də ötən ildən struktur islahatlarının aparılması planlaşdırılırdı. Proses hökumətdə kadr yer dəyişdirmələrindən və maliyyə bloku rəhbərlərinin əvəzlənməsindən başlandı. Və sonra bütöv sahələr üzrə proqramların reallaşdırılmasına start verildi, hansı ki, ekspertlər bizim saytımızda iki il boyunca şərh edirdilər.

Vergi islahatından başladılar, sonra gömrük sahəsini təmizləyib düzəltməyə və şəxsi biznesin sərbəstlik dərəcəsini yüksəldib müdafiəsini artırmağa başladılar. Bütün təşəbbüslər və islahatlarda olduğu kimi, haradasa nəsə alındı, haradasa isə islahatlar kölgə iqtisadiyyatını müdafiə edən qüvvələrin güclü müqaviməti ilə üzləşdi.

Parlaq nümunə – Prezidentin siyasi iradəsi hesabına manatın iki ağır devalvasiyasından sonra bank kreditləri probleminin həllini, nəhayət, ölü nöqtədən tərpətmək mümkün oldu.

Hakimiyyət aztəminatlı ailələrin kreditlərinin ödəməsi problemini öz üzərinə götürdü. Və ən həssas sosial təbəqələrin müdafiəsini gücləndirmək üçün əməkhaqqını və sosial müavinətləri artırmağa başladı.

dövlət kapitalizmi, bu-dünəndir

Bununla yanaşı, Prezident ASAN proqramından gənc islahatçılar komandasına “stavka” etdi, korrupsiyaya qarşı sistem təşkil edən orqanın başçısı kənd təsərrüfatı naziri təyin olundu. Dörd il idi ki, Prezident kənd təsərrüfatını canlandırmaq üçün böyük səylər göstərirdi: müşavirələr keçirilir, islahat paketləri hazırlanır, pilot layihələri bəyənilirdi… Faydası olmurdu! Aqrar islahatlar, necə deyərlər, yerimirdi. Və Prezident öz qəti qərarı ilə irticaçı güclərə anlatdı ki, dövlət kapitalizminin əvvəlki sisteminin demontajı işində sona kimi gedəcək.

Əvvəlki sistemin çökməsinin və Yeni İqtisadi Siyasətə (YİS) keçidin ən əsas mərhələsində müxalifət, xüsusən də milli demokratlar islahatlar prosesini hakimiyyətin zəifliyinin təzahürü kimi təqdim etməyə çalışdılar. Guya bunu hakimiyyət özü etmir, guya hakimiyyəti öz ictimai-iqtisadi siyasətini təkrar gözdən keçirməyə məhz müxalifət, azsaylı sosial etirazlar və əhalinin kiçik qruplarının şikayətləri məcbur edib. Öz hərəkətləri ilə milli demokratlar, faktiki olaraq, YİS əleyhdarlarının əllərinə oynadılar və oynamaqda davam edirlər. Doğrudanmı məsələ vəziyyəti yalnız dar həsəd və paxıllıqla gərginləşdirməkdədir? Yanvar ayından etibarən müxalifət hər şeyi etdi ki, islahat siyasətini dayandırsın.

Milli demokratlar ilk növbədə dərin siyasi islahatların keçirilməsini tələb edərək, dəyişikliklərin və yenilənmələrin imitasiya xarakterli olduğunu bildirirlər. Zəif təhsil və aşağılıq bu qüvvələrin açıq bir həqiqəti dərk etməsinə imkan vermir ki, iqtisadi sistemin, yəni sosial münasibətlərin bazisinin islahatı mütləq siyasi sistemdə dəyişikliklərə gətirib çıxaracaq. Eləcə də "hakimiyyət-vətəndaş cəmiyyəti" əlaqələrindəki dəyişikliyə. Müxalifət özünü bu islahatların müjdəçisi və sələfi kimi qələmə verərək həqiqəti təhrif etməməli, başlanmış islahatları və İlham Əliyevin Yeni İqtisadi Siyasətini dəstəkləməli idi. Bundan başqa, istənilən islahatlar nizamsızlığa, dövlət idarələrinin işində yumşalmalara və hətta bu və ya digər səhvlərə gətirir. Müxalifət nə edir? Hakimiyyətin istənilən səhvindən var gücü və artıqlaması ilə istifadə etməyə çalışır. Hər şey bir məqsəd-vəziyyəti gərginləşdirmək naminədir.

Onlar isə xaos təklif edirlər

Ancaq, əgər əsas siyasi döyüşlərin getdiyi sosial şəbəkələrdəki ictimai əhval-ruhiyyəni təhlil etsək, görərik ki, milli demokratların vəziyyəti yenidən gərginləşdirmək cəhdləri növbəti dəfə boğuldu. Hətta daimi və epizodik ictimai etiraz da azalmağa başlayıb. Niyə? Ona görə ki, müxalifətin bütün şüar və çağırışları (biz çoxdan alternativ proqramların və konsepsiyaların yoxluğuna öyrəşmişik, ortada yalnış şüarlardır) Prezidentin hələ 2018-ci ildəki siyasi gündəmində əksini tapıb. Və artıq iki ildir ki, biz hökumətin təşəbbüslərinin yüksək səviyyədə həyata keçirilməsini müşahidə edirik.

Kim deyə bilər ki, bu gün Azərbaycanda sistem korrupsiyası mövcuddur? Cahangir Hacıyev-Eldar Mahmudov duetinin neytrallaşdırılmasından sonra Prezident vəziyyəti kökündən dəyişdirməyi bacardı.

Sistem korrupsiyası yoxdur, o məğlub edilib və kökü kəsilir. Razılaşın ki, indi dövlət məmurundan bir şikayət ona başı hesabına başa gələ bilər.

İndi cəzasızlıq haqqında danışmaq vicdansızlıqdır. İlham Əliyev sərt dövlət nəzarətinin fövqəladə sistemini tətbiq edib.

Əlbəttə, hələ rüşvətxorluqla və inhisarçılıqla bağlı kəskin problemlər qalır. Amma bu nöqsanlar sistem xarakteri daşımır. Və Prezident özü problemlər haqqında, həm də hamını və hər şeyi öz adları ilə çağıraraq, ucadan və açıq danışır.

Bəyəm şəxsi biznes mütləq azadlığını almayıb? Məgər son islahatlar sahibkarların əllərini açmayıb? Şəxsi biznesin toxunulmazlığı üzərində şəffaflıq və vətəndaş nəzarəri təmin edilməyib? Dövlət idarələrindən hansı biznesi "koşmarit" edə bilər? Biznesmenlərin üzərinə getmək faktları varmı? Tək-tük, amma ən kiçik aşkarlıq dövlət nəzarətini hərəkətə gətirir.

Bəyəm Prezident aztəminatlı vətəndaşların bütün arzu və ümidlərini təmin etmədi?! Şəhid ailələrinə maddi yardımların ödənməsi barədə xahişlər? Buyurun! Zəlzələdən sonra Şamaxıda və Ağsuda yaşayış evlərini bərpa etmək lazımdır? Əlbəttə! İ.Əliyev nəhayət ictimai cəhətdən məsuliyyətli hökumət ideyasını reallaşdırdı.

nazirlər vətəndaşlarla belə görüşürlər

Hakimiyyət birbaşa demokratiya sistemi vasitəsilə vətəndaşlara hesabat verir. Narazılar Prezidentin İqamətgahına üz tuturlar. Hamını dinləyirlər, bütün şikayətlər qəbul və təmin edilir!

Yeni İqtisadi Siyasət elə miqyasa çatıb ki, Prezident məhkəmələrdə prosessual olmayan münasibətlərdən danışdı. Və məhkəmə orqanlarında təmizləməyə başlamağı tələb etdi.

Əlbəttə, Prezident və "gənc islahatçılar" komandası ciddi və sistemli müqavimətlə rastlaşırlar. Amma yenidənqurmanın baniləri demiş, proses getdi! Və artıq onu dayandırmaq mümkün deyil.

Belə, tamamilə yeni siyasi şəraitdə milli demokratlar və ənənəvi müxalifət köhnə siyasi alətlər dəstinin köməyi ilə hələ də vaxtı dayandırmağa çalışırlar. Təkrar edirəm, hətta 15-20 il bundan qabaq, populyarlığının zirvəsində olanda müxalifət yüz min nümayişçi yığırdı. Bu gün müxalifət itirdiyi etiraz elektoratının cüzi hissəsinin belə etibarını qaytarmağa müvəffəq olmur. Sosial baza da səpələnib. Cəmiyyətin passionar hissəsi islahatları dəstəkləyir. Hökumət heç kimin islahat siyasətini dayandıra bilməyəcəyini bəyan edir. Belədə nə üçün islahatlar əvəzinə xaos təklif edən bir siyasi qüvvə dəstəklənsin ki?!

Təəssüflər olsun ki, bu gün cəmiyyət, bütün Azərbaycan tarixində ən təəccüblü seçim qarşısındadır: islahat yaxud xaos.

Cəmiyyətə dəyişikliklər lazımdır, dövlət və sosial əsasların dağılması yox. Özü də islahatların sürətləndirilməsi və yenilənməsi fikrini ictimai şüurda hökumət özü müəyyənləşdirir...

Eynulla Fətullayev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi