azia.az
azia.az

Quru əriştə yeyərkən diqqətli OLUN-XƏBƏRDARLIQ

Bu gün, 14:51

Qahirədə 13 yaşlı yeniyetmə üç paket quru “instant” əriştəni su əlavə etmədən yeyib, yarım saat sonra özünü pis hiss edib və dünyasını dəyişib. Pediatr Pavel Berejanski Qahirədə baş verən hadisəni şərh edib.

Redaktor.az xəbər verir ki, kp.ru onun fikirlərini yayımlayıb.

Onun sözlərinə görə, quru əriştə yeyiləndə orqanizmdən maye sürətlə çəkilir və bu, xüsusilə isti iqlimdə təhlükəlidir. Su az olduqda əriştə bağırsaqda bərk kütlə yaradır, həzmi pozur və keçməzliyə səbəb ola bilər.

Bundan başqa, tez hazırlanan əriştənin tərkibində çoxlu ədviyyat və qatqılar olur, onların parçalanması üçün daha çox maye, ferment tələb olunur ki, bu da güclü susuzlaşmaya gətirib çıxarır.

Həkim bildirib ki, uşaqlar və yeniyetmələr daha risk altındadır, çünki onların həzm sistemi daha həssasdır, bədəndə maye nisbəti azdır və susuzlaşmaya qarşı müdafiə mexanizmləri zəifdir. Buna görə də mütəxəssis quru əriştəni yalnız su ilə hazırlanaraq yeməyi və kifayət qədər maye qəbul etməyi tövsiyə edib.

Aytəkin TOFİQQIZI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi