azia.az
azia.az

"Sədərək"də mübahisəli alış-veriş + Müştərini aldadıblar?

Bu gün, 08:59

Sosial şəbəkələrdə Sədərək Ticarət Mərkəzindən alınan boşqab servizi ilə bağlı şikayət paylaşılıb.

Xəbər verilir ki, alıcı məhsulu geri qaytarmaq istəsə də, mağaza yalnız dəyişdirilməsinə razılıq verib.

Alıcının sözlərinə görə, məhsul 380 manatdan guya endirimlə 280 manata satılıb. Lakin sonradan araşdırdıqda dəstin əsl qiymətinin 250 manat olduğu ortaya çıxıb.

Şikayətçi qeyd edir ki, alış zamanı çek təqdim edilməsə də, qaimə-faktura verilib. Buna baxmayaraq, mağaza məhsulun geri qaytarılmasına imkan tanımayıb. O, məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməyi planlaşdırır.

Ayaz 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi