azia.az
azia.az

Cəsur kəşfiyyatçı Vaqif Salmanovun xatirəsi anıldı - FOTOLAR

26-04-2019, 08:41

Cəsur kəşfiyyatçı Vaqif Salmanovun xatirəsi anıldı - FOTOLAR
Bu gün Laçın alayının kəşfiyyat tağımının komandiri olmuş şəhid Vaqif Salmanovun xatirəsi anılıb.

Laçın rayon 20 nömrəli orta məktəbində şəhid Vaqif Salmanovun xatirəsinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilmişdir. Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmişdir. Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Tədbirdə “Qarabağ Əliləliri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Laçın rayon təşkilatının üzvləri, Vaqif Salmanovun döyüş yoldaşları, rayon icra hakimiyyətinin səlahiyyətli nümayəndəsi, şəhidimizin ailə üzvləri iştirak ediblər.
Cəsur kəşfiyyatçı Vaqif Salmanovun xatirəsi anıldı - FOTOLAR
Tədbiri giriş sözü ilə məktəbin direktoru Dinarə Əbdürəhimova açaraq şəhid V. Salmanovun həyat və döyüş yolu haqqında geniş məruzə etdi. Bildirdi ki, Vaqif Salmanov 44 illik qısa, lakin şərəfli həyat yolunda əsl qəhrəmanlıq nümunəsi göstərmişdir. Bu gün onun həyat yolu hər bir gənc üçün örnəkdir. Məktəbimizdə təhsil alan yeniyetmələrimiz şəhid Vaqif Salmanova və Qarabağ müharibəsində qəhrəmalıq göstərmiş digər döyüşçülərimizə oxşamaq istəyir.

Sonra alayın qərargah rəisi olmuş Rafiq Nağıyev, Laçın polis taborunun komandiri Çingiz Abbasov, tanınmış yazıçı-jurnalist Nemət Bəxtiyar, döyüş yoldaşları Yaşar Nəcəfov, Əli Cəfərov və Rasim Şükürov çıxış edərək belə tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətini qeyd ediblər. Vaqif Salmaovun şərəfli döyüş yolundan bir çox epizodları xatırlanaraq onun nə qədər güclü döyüşçü və dəyərli bir insan olmsı barədə məlumat verilib. Vurğulanıb ki, Vaqif Salmanov da minlərlə şəhidimiz, qazimiz kimi son damla qanını əsirgəmədi. Vətəni üçün şəhid oldu.
Daha sonra şagirdlərin ifasında şeirlər, vətənpərvərlik mahnıları səsləndirilib.
Sonda şəhidin oğlu Hikmət Salmanov çıxış edərək atasının xatirəsinə hazırlanan tədbirdə əməyi olan hər kəsə minnətdarlıq edib.Cəsur kəşfiyyatçı Vaqif Salmanovun xatirəsi anıldı - FOTOLAR
Xatırladaq ki, Vaqif Salmanov 5 mart 1948-ci ildə Lacın rayonunun Qarabəyli kəndində anadan olub. Qorçu kənd orta məktəbində oxuyub. Gəncə Texnologiya Texnikumunu bitirib.1988-ci ilə qədər tikinti idarəsində ekspeditel vəzifəsində işləyib.
Müharibə başladıqdan sonra Vaqif Salmanov 811 saylı Laçın alayının kəşfiyyar rəisi olub. Onun sayəsində Laçınla həmsərhəd olan erməni kəndlərində yerləşən canlı qüvvə və döyüş texnikalarının mövqeləri təsbit edilib.
Tığik əməliyatında böyük xidmətləri olub. Döyüşçü kimi erməni səngərinə basqın edib erməniləri öldürərək silahlarını götürmüşdür.
8 may 1992-ci il səhər saat 8:30-da teleqüllədən ermənilərin Şuşaya hücum edib, Daşaltı istiqamətindən Şuşa-Laçın yolunun bağlaması haqqında məlumat daxil olmuşdu. Həmin vaxt Laçın alayının qərargah rəisi Rafiq Nağıyevin əmrinə əsasən, Vaqif Salmanovun komandirliyi altında 35 nəfər döyüşçü (bir BTR və bir BRDM ) Şuşaya göndərilmiş, yarım saat müddətində Laçın-Şuşa yolu və ətraf ərazilər ermənilərdən təmizlənmişdi.
Axırıncı əməliyyat zamanı Vaqif Salmanov bacısı oğlu "Cin Mübariz" ləqəbli Mübariz Əsgərovun da daxil olduğu bir neçə nəfər döyüşçü ilə əsirləri dəyişmək üçün Ermənistana daxil olaraq erməni gətirməli idilər. Qubadlı istiqamətindən Qafan-Gorus tərəfə ermənilərin arxasına keçən Vaqif Salmanovun rəhbərlik etdiyi dəstə erməni pusqusuna düşmüş, qeyri bərabər döyüş zamanı Vaqif Salmanovla Cin Mübariz şəhid olmuşdu.Vaqif Salmanovun cəsədi qaytarılsa da Mübarizin nəşini əldə etmək mümkün olmamışdır.
Cəsur kəşfiyyatçı Vaqif Salmanovun xatirəsi anıldı - FOTOLAR
Cəsur kəşfiyyatçı Vaqif Salmanovun xatirəsi anıldı - FOTOLAR
Cəsur kəşfiyyatçı Vaqif Salmanovun xatirəsi anıldı - FOTOLAR


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi