azia.az
azia.az

"Budulay" ləqəbli Mehman

9-01-2019, 01:14

"Budulay" ləqəbli Mehman
Əhmədov Mehman Bəylər oğlu 1955-ci il aprelin 6-da Laçın rayonunun Cağazür kəndində anadan olmuşdu..Atası Bəylər Əhmədov Laçında rayon istehlak cəmiyyəti adlı ticarət təşkilatının baş mühasibi işləyirdi. Mehman Qarabağ müharibəsinin alovlandığı ilk illərdən başlayaraq ermənilərə qarşı sərt mövqeyilə seçilmiş, Laçında o cümlədən döyüşlərdə hamı onu cəsur və qorxmaz biri olaraq tanımışdır. Mehmanda bəzi döyüş dostları kimi Qarabağ müharibəsinin dəhşətlərindən sağ çıxmağına baxmayaraq, müharibədən sonrakı illərdə çətinliklər yaşamış, müharibədən sonra haqsız olaraq həbs edilmişdir. Həbs olunduqdan 3 il sonra azadlığa buraxılsada 8 ay sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.O həbsdə olan zaman döyüşlərdə aldığı yaralardan həmişə şikayət etmişdir
Mehman televiziyada göstərilən bir kinoda əsas qəhraman "Budulay" rolunun aktyoruna oxşadığı üçün Laçında hamı onu "Budulay" deyə çağırırdılar

Laçın Alayının qərargah rəisi olmuş Rafiq Naģiyevin "Budulay" haqqında dediklərindən: Mehman hələ ordu yaranmamışdan əvvəl mudafiə komitəsinin üzvü kimi üç tərəfdən erməni kəndlərinin əhatəsində olan Cağazur kəndinin mudafiəsi üçün dostları ilə birlikdə polislərimizin ən yaxın silahdaşı olmuşdur.
Laçında Ərazi Özünü Müdafiə Batalyonu (ƏÖMB) yarandıqdan sonra əvvəlcə Cağazur kənd vzvodunun komandiri, Laçın şəhəri və bir neçə ətraf kəndlərin işğalından sonra isə Sabir Xıdırovun komandiri olduğu bölükdə tağım komandiri olmuşdur.
Bölük komandiri kimi oda döyüşdə həmişə tağımın önündə getmişdir. Mehman ən çətin döyüş tapşırığının yerinə yetirilməsində həmişə birinci namizəd olub.
9 sentyabr 1992-ci ildə Korpus komandirinin əmrinə əsasən Sarıbaba dağının alınaraq mövqelərimizi möhkəmləndirmək üçün "Budulayın" tağımı ilə ora göndərilməsi ümidlərimizi doğrultdu.Beləki Budulayın tağımı 4 saatdan sonra ağappaq qara bürünmüş Sarıbaba dağında mövqelərini möhkəmlətmişdi.
Cəsur komandir iki dəfə yaralanmasına baxmayaraq Alayımızla axıra kimi döyüşlərdə iştirak etdi.İkinci dəfə yaralananda həkimlər ağciyəri ilə ürəyinin arasında qalmış qəlpənin Azərbaycanda çıxarılmasının mümkünsüz olduğunu bildirmişdilər.
Allah Mehman qardaşımıza rəhmət eləsin!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi