azia.az
azia.az

“Dilqəm və Şahbazı dəyişmək üçün Saakyanı torbaya salıb Bakıya gətirən oğul gərəkdir…”

26-01-2019, 20:02

“Dilqəm və Şahbazı dəyişmək üçün  Saakyanı torbaya salıb Bakıya gətirən oğul gərəkdir…”
“Putin deyəcək ki, Dilqəmi ekstradisiya etməkdən ötrü gərək “Artsax”ı tanıyam…”
Artıq 5-ci ildir ki, işğal altındakı Şuşa türməsində əsir saxlanılan həmvətənlərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi hər bir milli qeyrətli Azərbaycan vətəndaşını gündəlik olaraq narahat edən məsələlərdəndir…
Moderator.az-ın əldə etdiyi son məlumata görə, dünən –yanvarın 25-də Xankəndində yenə də Dilqəmlə Şahbazdan söz açılıb. Belə ki, qondarma separatçı rejimin qanunsuz “ədliyyə naziri” sayılan Ararat Danielyan adlı insanabənzər məxluq keçirdiyi mətbuat konfransında yenə də qondarma rejimin bu iki Azərbaycan vətəndaşı haqqında “qəti mövqeyini” çatdırıb. O bildirib ki, mən “Dağlıq Qarabağ ərazisində ağır cinayət törətmiş Azərbaycan diversantları Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsini mümkün hesab etmirəm…”
Göründüyü kimi, separatçı rejim Dilqəm və Şahbazı dəyişməkdən qəti imtina edir. Ermənistan baş naziri N.Paşinyan isə deyir ki, mən Dağlıq Qarabağdakı rejim adından danışa bilmərəm, o “müstəqil dövlətdir”, ora Ermənistan ərazisi deyil. O halda Azərbaycan hansı yola baş vurmalıdır?..
Bəzən belə təkliflər səslənir ki, heç olmasa, Rusiya vətəndaşlığı olan Dilqəm Əsgərovu prezident V.Putin vasitəsilə Rusiyaya ekstradisiya etdirmək olar. Hüquqşünaslar daha yaxşı bilər, amma Putin buna razılıq versə belə, zənnimizcə, Azərbaycan hüquqi dilemma qarşısında qala bilər. Yəni Putin deyər ki, onda icazə verin, Rusiya Dağlıq Qarabağdakı “Artsax” adlanan separatçı rejimi “müstəqil dövlət” kimi tanısın və ondan sonra həmin “dövlət”in “qanunları” və Rusiya ilə “qarşılıqlı razılaşma” əsasında Dilqəm Əsgərov həmin ölkəyə ekstradisiya edilsin. Təbii ki, Putin istəsə, bu məsələni bir gündə həll edə bilər. Sadəcə, Azərbaycanın xahişi qarşısında bəhanə axtarar... Odur ki, Dağlıq Qarabağda həbsdə olan hər hansı Rusiya vətəndaşının qanuni ekstradisiyası yalnız Ermənistan vasitəsilə mümkündür. İşğalçı ölkə separatçı rejimlə “qarşılıqlı razılaşma” əsasında Dilqəm Əsgərovu Şuşadan İrəvana köçürə, oradan da Rusiyaya verə bilər. Ancaq hər iki halda digər bir hüquqi ziddiyyət yaranır. Bu da ondan ibarətdir ki, Dilqəmlə Şahbazın esktradisiya məsələsini qaldırmaqla biz separatçı rejimin onların boynuna yüklədiyi “ağır cinayət”ləri, o cümlədən “qanunsuz olaraq “Artsax respublikası”nın ərazisinə keçmələri” haqdakı “maddəni” qəbul etmiş olacağıq....
Sözsüz ki, dövlət rəhbərliyi və Azərbaycanın Rusiyadakı elitası səviyyəsində Dilqəmlə Şahbazın azad edilməsinin yolları aranır. Amma axı vaxt keçir. Allah eləməmiş, ağır şəraitdə saxlanılan hər iki Azərbaycan vətəndaşının həyatı hər an təhlükə altındadır...
Hesab edirik ki, problemin həllinin əsas iki variantı var; ya Dağlıq Qarabağ ətrafındakı rayonlarımızın azad ediləcəyi geniş hücum əməliyyatı keçirilməlidir ki, separatçılar cəzalarını azaltmaq üçün təcili şəkildə bütün əsir-girovlarımızı azad etməyə məcbur olsunlar və yaxud, yaxud rəhmətlik Abdulla Çatlı kimi bir oğul lazımdır ki, Qarabağdakı, İrəvandakı babat post tutan ermənilərdən birini, məsələn, elə Bako Saakyanı xarici səfərlərindən biri zamanı qulaqlayaraq torbaya basıb Bakıya gətirsin...



Sultan Laçın


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi