azia.az
azia.az

Saqqız əvəzinə gündə hil çeynəyin, bu xəstəliklərdən xilas olun – Peyğəmbərlərin sevimli “saqqızı”

29-10-2018, 08:31


Azia.az təqdim edir: Frigidliyi, qarşı cinsə marağı azalan, intim hissləri qaydasında olmayan cütlüklər səhər-axşam hil çeynəsələr, vəziyyət müsbətə doğru dəyişəcək

Əvvəllər saqqız olmayanda insanlar nə çeynəyirdi? Saqqız əvəzi bitki kökləri, ədviyyatlar. Şərqdə isə hil, mixək dəbdə idi. Saraylarda şahların sevimli arvadları, kənizləri bütün günü hil çeynəyərdilər ki, nəfəsləri ətirli olsun.

Hil peyğəmbərlərin də belə deyək sevimli saqqız əvəzi olub.

Medicina.az da hili saqqız kimi çeynəməyin faydalarını təqdim edərək sizə gün ərzində saqqız əvəzi bir iki ədəd hil çeynəməyi məsləhət görür.

1.Hil ağız boşluğundakı ağız suyu vəziləri və limfalar vasitəsilə qana ötürülərək, toksinləri zərərsizləşdirir, detoks effekti verir, hüceyrələri cavanlaşdırır
2.Əhvalı olmayanlar, depressiyada olanlar da hil çeynəsə, ruh halı düzəlir
3. Hil böyrəkləri təmizləyir

4.Təzyiqi normallaşdırmağa yardım edir, həm aşağı təzyiqi olanlar, həm yuxarı təzyiqdən əziyyət çəkənlər uğurla istifadə edə bilər
5. Mədə sancısı, köpü, meteorizmi, həzm problemi olanlar yeməkdən sonra hil çeynəsə, effekti hiss edəcək
6. Hİldə olan maddələr qan hüceyrələrinin səviyyəsini artırdığından, qanazlığı olanlara vacibdir

7. Ağzında iltihab, diş əti xəstəliyi, stomatit, parodontoz olanlar hili elə dərman əvəzi çeynəməlidir, bütün ağız boşluğunu dezinfeksiya edəcək
8. Hil çeynəyənlər enerjili olur, zahiri gözəlliyi artır – bunu da İmamlardan Tibbnamə kitabında qeyd ediblər
9.Başınız, dişiniz ağrıyırsa, dərhal hil çeynəməyə başlayın

10.Əsl təbii antiseptik olan hil bədənə iltihab əleyhinə, mikroblara qarşı təsir göstərir, ona görə onu xərçəngə qarşı da kiçik qalxan hesab etmək olar
11.Frigidliyi, qarşı cinsə marağı azalan, intim hissləri qaydasında olmayan cütlüklər səhər-axşam hil çeynəsələr, vəziyyət müsbətə doğru dəyişəcək
12.Hil çeynəyən adamın dişləri gec çürüyür, ağız qoxusu yaxşı olur, həmçinin tərinin qoxusu da yaxşılaşır

Hil hamilə qadınlara, qırtlaq udlaq şişi olanlara, hilə qarşı allergiyası olanlara, kəskin mədə-bağırsaq xorası olanlara olmaz.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi