azia.az
azia.az

Diş fırçasını kolaya batırın, sonra...

15-12-2016, 13:50

Diş fırçasını kolaya batırın, sonra...
Koka-kola insanlar üçün yalnız bir içki kimi tanınır

Lakin onun, xüsusilə, ev təmizliyində nə qədər yararlı olduğunu öyrənəndə təəccüblənəcəksiniz. Aile.lent.az kolanı təmizləyici vasitə kimi istifadə edə biləcəyiniz sahələri sadalayır.

- Kolanı tualetə boşaldıb 10 dəqiqə gözləyin, sonra fırçalayıb sifonu çəkin.

- Çiçəklərinizi gücləndirin. Çiçək saxsısına bir miqdar kola tökün. Koladakı köpüklər torpağa hava verərək, köklərin daha dərinə enməsini və güclü olmasını təmin edəcək.

- Eynəyinizi təmizləyin. Kolaya batırdığınız parçayla eynəyin şüşələrini silin, sonra yuyub qurulayın.

- Arı və digər həşərat dişləmələrini müalicə edin. Yaşlılar həşərat dişləmələrinə sidiyin yaxşı təsir etdiyini deyirlər. Ancaq kola tökmək ağrını azaltmaq üçün daha məqbul üsuldur.

- Qəpikləri parladın. Qəpik kolleksiyası olanlar bilir, pullar zamanla rəngini dəyişir. Kolanın tərkibində olan fosfor turşusu qəpiklərin təkrar parlamasını təmin edəcək. Siz sadəcə qəpikləri kola tökdüyünüz qabın içində bir neçə dəqiqə saxlayın.

- Saçınıza yapışan saqqızdan xilas olun. Uzun saçlıların qorxusu saça saqqız yapışmasıdır. Bütün cəhdlərə baxmayaraq, saqqızdan təmizlənməyən saçları kəsməkdən başqa yol qalmır. Ancaq koladakı turşu saqqızı asanlıqla saçınızdan qopar.

- Hamam divarlarını təmizləyin. Hamamı nə qədər təmiz saxlasanız da, vaxt keçdikcə divarlar ləkələnir. Kola bu problemə də çarə ola bilər. Təmiz bir diş fırçasını kolaya batıraraq hamamın divarlarını təmizləyin.(lent.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi