azia.az
azia.az

Çirkli suda çimdi xəstəliyə yoluxdu

5-10-2018, 08:49

Azia.az. Çirkli suda çimdi xəstəliyə yoluxdu

Serfinqçi Fabrisio Stabile Texasda dalğalı hovuza baş çəkdikdən sonra ölüb.

Azia.az “San Antonio Current” nəşrinə istinadən xəbər verir ki, hovuzdan sonra 29 yaşlı kişinin güclü baş ağrıları başlayıb.

Ağrılar elə güclü olub ki, serfinqçi hətta danışa bilməyib.

Xəstəxanada ona bakterioloji meningit (beyin qişalarının iltihabı) diaqnozu qoyulsa da, dərmanlarla müalicənin təsiri olmayıb.

Əlavə analizlərlə serfinqçinin ilkin amyoba meninqoensefalit xəstəliyinə yoluxduğu müəyyən edilib. Bir neçə gün sonra xəstə ölüb.

Bildirilir ki, bu xəstəliyə yoluxma 98 faiz hallarda ölümlə nəticələnir.

Xəstəliyə səbəb insan bədəninə Naegleria fowleri növünə aid amyobanın düşməsi olur.

Yoluxma adətən insan çirkli suda çimərkən baş verir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi