azia.az
azia.az

“Qubadlı” əlahiddə sərhəd diviziyasına və hərbi hissələrinə Döyüş Bayrağı təqdim edilmişdir

Bu gün, 16:14

Dövlət Sərhəd Xidmətinin “Qubadlı” əlahiddə sərhəd diviziyasına və hərbi hissələrinə Döyüş Bayrağının təqdim edilməsi münasibətilə təntənəli mərasim keçirilmişdir.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasının Azərbaycan sərhəd mühafizəsinin tarixində yeni mərhələnin əsasını qoyduğunu bildirmişlər.

Tədbirdə Azərbaycan sərhədçilərinin Vətən müharibəsində keçdikləri şərəfli döyüş yolundan, dövlət sərhədlərimizin bərpası uğrunda göstərdikləri misilsiz fədakarlıq və qəhrəmanlıq nümunələrindən bəhs edilmiş, işğaldan azad olunmuş ərazilərdə sərhəd mühafizəsinin təşkili istiqamətində görülən genişmiqyaslı işlər diqqətə çatdırılmışdır.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev doğma torpaqlarımızın keşiyində dayanmağın, şəhidlərimizin müqəddəs amallarına sadiq qalmağın və dövlət sərhədlərimizin toxunulmazlığını təmin etməyin hər bir sərhədçinin müqəddəs vəzifəsi olduğunu xüsusi vurğulamışdır.

Tədbirin davamında Dövlət Sərhəd Xidmətinin rəisi hərbi şərəfin, qəhrəmanlığın, əsgəri ləyaqətin, Vətənə və dövlətə sədaqətin rəmzi olan Döyüş Bayraqlarını hərbi hissələrin rəhbərlərinə təqdim etmişdir.

Döyüş Bayrağının hərbi kollektivin birliyini, döyüş ənənələrini və Vətən qarşısındakı məsuliyyətini təcəssüm etdirdiyi qeyd olunmuş, diviziyanın şəxsi heyətinin bu müqəddəs rəmzi daim uca tutacağına, xidməti-döyüş tapşırıqlarını əzmlə və şərəflə yerinə yetirəcəyinə əminlik ifadə edilmişdir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi


 





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi