azia.az
azia.az

Alim: “Türk dövlətlərinin ortaq ünsiyyət dili kimi Türkiyə türkcəsi daha real görünür”

Bu gün, 12:11


Azərbaycan Milli Elmlər Akademikyası Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktoru müavini Baba Məhərrəmli türk dövlətlətinin ortaq dil məsələsi ilə bağlı müzakirələrə münasibət bildirib.

 

Alim Pravda.az-a açıqlamasında deyib ki, ortaq türk dili məsələsinin yüz illik tarixi var.

 

O xatırladıb ki, Birinci Türkoloji Qurultayda vaxtilə bu məsələ qoyulub: “Bundan əvvəl də eyni ideya - dildə, fikirdə, işdə birlik məsələsi İsmayıl Qaspıralı tərəfindən irəli sürülmüşdü. Bu gün türk dillərinin yaxınlaşması çox müsbət tendensiyadır, çünki bizim dövlətimizin də siyasətində strateji məsələlərdən biri məhz türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir. Cənab Prezident İlham Əliyev bu məsələyə xüsusi önəm verir. Türk dövlətlərinin ortaq əlifbası artıq yaradılıb, lakin ortaq dil məsələsi bir qədər mübahisəlidir, qeyri-mümkün məsələdir. Söhbət ortaq ünsiyyət dilindən gedirsə, SSRİ dönəmində türkdilli respublikaların nümayəndələri əsasən rus dili vasitəsilə ünsiyyət qururdular. İndi də ortaq ünsiyyət dili məsələsi gündəmi zəbt edir.  Azərbaycanda bu mövzuda hətta vaxtilə dissertasiya müdafiə olunub. Türk dövlətlərinin ortaq ünsiyyət dili kimi bugünkü Türkiyə türkcəsi daha real görünür. Allahın izni ilə, belə də olacaq, çünki Türkiyə dövlətinin dünyada cərəyan edən geopolitik vəziyyətdəki mövqeyi, iqtisadi, siyasi gücü və digər türkdilli xalqlara dəstəyi gələcəkdə imkan verir ki, bu məsələ reallaşsın. Proses əslində reallaşmaqdadır. Türkdilli respublikalarda Türkiyə universitetlərinin açılması, Yunis Əmrə kimi institutların fəaliyyət göstərməsi bunu deməyə əsas verir. Məsələn, Qazaxıstana, Qırğızıstana getsək, görərik ki, onlar da daha çox Türkiyə türkcəsindən istifadə edirlər.  Artıq rus dilinin bu məsələdə dominant mövqeyi zəifləyir. Bu da müsbət tendensiyadır. Bizdə də əksər dilçilər, türkoloqlar bu fikrin tərəfdarıdırlar ki, ortaq ünsiyyət dilinə Türkiyə dilinin modeli daha məqsədəuyğundur və realdır. Təkrar edirəm, ortaq dil yaradılması çox çətin məsələdir, ortaq ünsiyyət dili isə daha realdır”.

 

Aytəkin Qardaşova





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi