azia.az
azia.az

İsmayıllıda müavin başçıya TORBA TİKİR, YOXSA?.. - İTTİHAM

22-12-2021, 09:03

.İsmayıllının İcra başçısı Nahid Bağırovun şəxsinə heç bir iradımız yoxdur, amma fəaliyyətindəki qüsurları deyirik ki, düzəltsin. Tənqid nəticə çıxarmaq üçündür, daha pis nəticəli səhvlərə yol vermək üçün yox... DİA.AZ bildirir ki, bu barədə tezadlar.az saytı məlumat yayıb.
İsmayıllıda müavin başçıya TORBA TİKİR, YOXSA?.. - İTTİHAM
Qısa desək, ötən sayımızda Nahid Bağırovun əslən Ağdamdan olan, 1993-cü ildən sonra İsmayıllıda məskunlaşmış məcburi köçkünlər üçün iş yeri yaratmaq, onların məşğulluğunu təmin etmək məqsədilə İsmayıllı RİH başçısının sərəncamı ilə əkin üçün 25 illiyinə 73 hektar torpaq sahəsini icarəyə götürən, dövlətdən bir manat belə yardım istəmədən, öz vəsaiti və zəhməti hesabına kənd təsərrüfatı məhsulları əkib-becərən Teyyub Abdullayevə yaratdığı problemlərdən yazmışdıq. Belə ki, Nahid Bağırov 2003-cü ildə İsmayıllı RİH başçısının Sərəncamı, Dövlət Aktı və Əmlak Komitəsinin Şəhadətnaməsi və s. Rəsmi sənədlərlə icarəyə verilmiş torpağın T.Abdullayevdən geri alınmasına tapşırıq vermişdir. O dərəcədə ki, Nahid Bağırov qanuni torpaq sahəsində bu payız aparılan taxıl səpinini dayandırmış, texnikaların polis gücünə sahədən çıxarılmasına göstəriş vermişdir. Təbii ki, başçının tapşırığı yerinə yetirilmişdir...

Məhkəmə qərarı olmadan, rəsmi sənədlər öyrənilmədən icra tapşırığı...

Bəzən, deyirik ki, vəzifələrə gənc kadrları təyin etmək lazımdır. Prezident İlham Əliyevin də kadr siyasəti bu mahiyyətə köklənib. Amma Nahid Bağırov kimilərini görəndə, dərindən düşünməli olursan ki, təcrübəsiz başçının gördüyü iş necə olmalıdır ki?! Təcrübəli şəxs olsaydı, Sərəncam və ya göstəriş verməmiş ortadakı sənədləri dərindən öyrənərdi və görərdi ki, əməli qanuna uyğundur, yoxsa yox?!

“Bir dəli bir quyuya daş atdı, amma yüz ağıllı...”

Budur, əməkdaşlarımız sahibkar Teyyub Əli oğlu Abdullayevin müraciətiəsasında İsmayıllıda olmuşlar... Məqsəd adı çəkilən və 25 illiyə icarəyə verilmiş əkinəyararlı torpaq sahəsinin faktiki yerləşdiyi əraziyə baş çəkmək və təyinatını dəqiqləşdirmək idi... Bakıdan İsmayıllıya gedərkən həm də “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq bir müddətdir mübahisəyə səbəb olmuş torpaq sahəsinə aid rəsmi sənədləri aidiyyəti dövlət qurumlarından əldə etmişdik.

Beləliklə, Azərbaycan Milli Arxiv İdarəsindən verilmiş rəsmi sənədlərdə də qeyd olunduğu kimi, İsmayıllı rayon İH başçısı Ə.S.Tağıyevin 16 may 2003-cü il tarixli, 35 saylı Sərəncamını, eləcə də həmin Sərəncama uyğun olaraq “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 16 may 2003-cü il tarixli İcarə Müqaviləsinin notarial təsdiqli surətini, qeyd olunan və icarəyə verilən Torpaq sahəsinin xəritəsini, nəhayət, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin müdiri Xıdırov Akif Xasay oğlunun, şöbənin baş mütəxəssisi Babayev İldırım Murad oğlunun və icarəyə götürən Abdullayev Teyyub Əli oğlunun birgə imzaladığı, İsmayıllı RİH başçısı Ə.S.Tağıyevin imzalayıb möhürlə təsdiq etdiyi 16 may 2003-cü il tarixli AKT-ın notarial təsdiqli surətini də götürmüşdük. Xəritəyə uyğun olaraq 2003-cü ildən icarəyə verilən və əkilən torpaq sahəsinin coğrafi koordinatlarını əlimizdəki xəritə və sənədlərə uyğun olaraq izlədik, müşahidələr apardıq...

Sual olunur: necə ola bilər ki, biz jurnalistlər Bakıdan İsmayıllıya gedib faktı yerində araşdıra bilirik, RİH başçısı Nahid Bağırov isə İsmayıllıdan İsmayıllıya gedib mübahisələndirdiyi sahəyə baş çəkə bilmir???

Müşahidələrimizdən sonra İsmayıllı RİH başçısı Nahid Bağırovun iş üslubuna min dəfə təəssüflər etdik. Çünki Prezident İlham Əliyev dəfələrlə ciddi xəbərdarlıq edərək məmurlara müraciətlə bildirib ki, sahibkarlara, xüsusən də aqrar sahə ilə məşğul olanlara kömək edin, mane olmayın, problem yaratmayın. Amma Nahid Bağırov isə müavini Mahmud Süleymanovun araşdırmadan, kökünü bilmədən, sənədləri qaldırıb öyrənmədən T.Abdullayevin 2003-cü ildən icarəyə götürdüyü 73 ha torpaq sahəsinin guya örüş yeri olduğunu bəhanə gətirərək o boyda iş görən, torpaqla əlləşən bir sahibkarın bütün zəhmətinin və qoyduğu xərclərinin üstündən qara xətt çəkərək onun fəaliyyətini qadağalaması, hətta Sərəncam verərək icarə müqaviləsini ləğv etməsi naşılıq və qanunu tapdamaqdır! Hətta deyərdik ki, Prezidentin aqrar sahədə çalışan fermerlərə göstərdiyi diqqət və qayğısına açıqca meydan oxumaqdır! Bunun başqa adı yoxdur!

İcra başçısı Nahid Bağırov doğrudanmı Prezidentin onu başçı təyin edəndən sonra Sərəncamla verdiyi töhmətdən də nəticə çıxarmayıb???

Yaranmış problem isə çox sadədir: İH başçısı Nahid Bağırov müavini Mahmud Süleymanovun vasitəsi ilə əvvəlcə fermer T.Abdullayevi İsmayıllıdakı şəhid ailələrinə yardım etmək adı ilə pul göndərməsini tapşırır. T.Abdullayev isə müavinin diqqətinə çatdırır ki, onlar deməmişdən əvvəl belə İsmayıllıda şəhid ailələrinə və qazilərə 7 min manat nəğd pul vermişdir, üstəlik, 30 min manatdan çox xərc çəkərək bir əlil, kimsəsizə ev də tikdirmişdir: “Siyahı verin, yenə də gücüm çatan qədər yardım etməyə hazıram...”.

Bu sözdən qeyzlənənlər və nağd pul gözləyənlər isə acığa düşür və dərhal T.Abdullayevin 2003-cü ildən icarəyə götürdüyü və əkinə görə indiyədək hər il büdcəyə torpaq vergisi ödədiyi əkin sahəsində səpin aparan texnikalarını sahədən polisin əli ilə səbəbsiz çıxartdırırlar... Sonra fermer T.Abdullayevi İsmayıllıya-başçının qəbuluna çağırtdırırlar ki, “Gəl, problemini yoluna qoy...”.

Başçıdan 20 yaş böyük olan fermer T.Abdullayev Ağdamdan İsmayıllıya gəlməyə məcbur olur. Amma əsəbi olan başçı Nahid Bağırov onu qəbul otağında iki saata yaxın gözlədəndən sonra (bilə-bilə ki, Ağdam sakinidir, rayondan gəlib) qəbul etmir. Səhəri gün isə bəyan edir ki, T.Abdullayev iyirmi ildir torpağı qanunsuz əkir, Sərəncamla icarə müqaviləsi ləğv edilməlidir! Və bildiyimiz qədər də edib...

Təcrübəsiz başçını küyləyib tələsik qərarı ilə tələyə salan təcrübəli müavin...

İndi ay İsmayıllı RİH başqçısını tələsik məntiqlə haqlı çıxaran dəyərli insanlar, buyurun, sizlərə rəsmi sənədləri təqdim edirik. Özünüz ədalətli qərar verin! Hansı ki, bütün rəsmi dövlət sənədlərində qeyd olunan əkin sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulan əkinəyararlı torpaq sahəsidir! Yəni, sənədlərdə belə yazılıb, vergi də belə ödənilib!!!

...Sonda bir məsələni də qeyd etməyi özümüzə borc bilirik ki, təxmini bilgilərimizə görə bütün bu qalmaqalı yaradan, RİH başçısını pis vəziyyətə salan, qatığa qara deməyə təhrik edən İsmayıllı RİH başçısının müavini Maqsud Süleymanovdur. Çünki M.Süleymanov çoxdandır İsmayıllıda müxtəlif vəzifələrdə işləyib, bilirdi ki, heç bir halda 20 il ərzində örüş yeri olan ərazini əkib-becərmək mümkün olan iş deyil. Ən azından, indi Əmlak Komitəsinin iki yox, dörd gözü var, kosmosdan isə yeri başçıdan da, ondan da yaxşı görür. İkincisi, axı rəsmiyyət əllərindədir, bilməyə nə var ki, icarə müqaviləsi bağlamış T.Abdullayev ötən 20 ildə torpğa vergisini örüşə görə deyil, əkinə görə ödəyirsə, deməli, tələsməyə dəyməzdi. Elə əsəbləşməyə və tələsik qərar verməyə də... İndi, necə deyərlər, bir dəli bir quyuya bir daş atıb... İnanırıq ki, RİH başçısı Nahid Bağırovun müdafiəsində duranlar o “qara daşı” çıxarmaqda da israrlı olacaqlar...

P.S.Mövzu diqqətimizdədir...
İsmayıllıda müavin başçıya TORBA TİKİR, YOXSA?.. - İTTİHAM
İsmayıllıda müavin başçıya TORBA TİKİR, YOXSA?.. - İTTİHAM
İsmayıllıda müavin başçıya TORBA TİKİR, YOXSA?.. - İTTİHAM
İsmayıllıda müavin başçıya TORBA TİKİR, YOXSA?.. - İTTİHAM
İsmayıllıda müavin başçıya TORBA TİKİR, YOXSA?.. - İTTİHAM
İsmayıllıda müavin başçıya TORBA TİKİR, YOXSA?.. - İTTİHAM
İsmayıllıda müavin başçıya TORBA TİKİR, YOXSA?.. - İTTİHAM


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi