azia.az
azia.az

Deputat: Avropada Azərbaycandakı kimi azad və ədalətli seçki keçirilməyib - VİDEO

Bu gün, 16:53

Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi üçün vahid sistem formalaşdırılıb.

 

Bunu deputat Siyavuş Novruzov bildirib.

 

“Hansı ölkəyə nəzər salsaq, xüsusilə Avropada belə Azərbaycandakı qədər azad və ədalətli seçki keçirilməyib. Azad seçkilərin təmin olunması üçün seçki məcəlləsi formalaşdırılıb. Bu, bir çox ölkələrdə mövcud deyil”, - deputat deyib.

 

Deputat qeyd edib ki, Azərbaycanda seçki prosesinin şəffaflığının artırılması istiqamətində də yeniliklər tətbiq olunub.

 

 “Dünyada ilk dəfə olaraq seçkiləri izləmək üçün vebkameralar yerləşdirilib. Azərbaycana gələn xarici müşahidəçilər də bu təcrübəni öz ölkələrinə aparırlar. Azərbaycan bu sahədə bir çox ölkələri qabaqlayıb”, - o bildirib.

 

Hazırda Milli Məclisdə Mərkəzi Seçki Komissiyasının tərkibi yenidən seçilir.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi