azia.az
azia.az

TƏCİLİ!Siyavuş Novruzov da belə getdi – TƏƏSSÜF

12-02-2021, 16:15

TƏCİLİ!Siyavuş Novruzov da belə getdi – TƏƏSSÜF

Siyavuş Novruzov təəccübləndirməkdə davam edir. Bu dəfə bizləri təəccübləndirmədi eyy, bakılılar demiş “nəgi var”şoka saldı. Necə deyərlər, bu dəfə Siyavuş bəy düz doqquzluğa vurdu. Dünən kiminsə “tırkasına” gedib bəyan etdi ki, “Daxili İşlər Nazirliyi tərəfindən karantin qaydalarının pozulması iddiası ilə mənim inzibati qaydada cəzalandırılmam və cərimələnməm tamamilə qanunsuzdur. Görünən odur ki, aidiyyəti qurumların və səlahiyyətli şəxslərin qanundan xəbərləri yoxdur (!). Halbuki həmin qanunu biz qəbul etmişik (!). Orada açıq şəkildə qeyd olunur ki, bu qaydalar Milli Məclisin deputatına şamil olunmur. Yəni hara istəyir gedə bilər. Ona görə də millət vəkili kimi həmin qanunun müvafiq madddəsi ilə deputat olaraq mənim barəmdə cərimələnmək qərarı vermək qanunsuzdur”.

Deyirəm dağıl a dünya!. Gör bizim siyasi etitamızın təpəsində kimlər dayanır?! Gör bizim qanunları kimlər oxuyub (daha doğrusu oxumayıb), səs verib. Bir deputat ki, qəbul etdiyi qanunun mahiyyətini bilmir, onda vay bizim halımıza. Hələ onu demirəm ki, parlamentimizin ən stajlı deputatı və aparıcı partiyamızın funksiyanerlərindən biri özünün ən adi hüquqlarını bilmir. Öz hüquqlarını bilməyən isə millətin vəkili ola bilməz. Amma neyniyək ki, bizim cəmiyyətdə bu adi haldır.

Və ən dəhşətlisi odur ki, bu qədər səbatsızlıqdan biabırçılıqdan sonra Siyavuş Novruzov meydana çıxır və haqq-ədalət tələb edir. Və sevincək deyir ki, “Qanun Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından üstündür”. 20 ildən artıq cibində deputat mandatı gəzdirən bir adam yalnız indi öyrənir ki, (daha doğrusu, kimdənsə eşidir) Qanun qərardan üstün sənəddir. Və bunu eşidən kimi deyir ki, “Mən Daxili İşlər Nazirliyini məhkəməyə verirəm. Artıq iddia ərizəm hazırdır və Nəsimi Rayon Məhkəməsinə müraciət edəcəm”.

Üstəlik, Siyavuş Novruzov qərarında qəti olduğunu bildirir. Siyavuş bəyin gözü elə qızmışdı ki, hansı qurumla üz-üzə gəldiyini tam kəsdirə bilmədi. Özünün həqarətə uğradığını zənn edən Siyavuş bəy kimlərdənsə hesab soruşacağını söylədi, “Bu məsələdə geri addım atmaq, güzəştə getmək olmaz. Avropa Məhkəməsinə qədər gedəcəyəm. Mən öz şəxsiyyətimi qoruyan adamam və heç kimə imkan vermərəm ki, mənimlə bu şəkildə davransın. Qanunsuzluq edənlərin hər biri elə qanunla cavablarını alacaqlar. Təzminat kimi 400 min manat tələb edirəm və həmin pulu şəhid ailələrinə bağışlayacağam”.

Bax, biz buyuq. Öz maraqlarımız, 5 manat pulumuz üçün lazım gəlsə, dünyanı ayağa qaldırırıq. Amma xalqın, millətin dərdləri, problemi üçün tükümüzü tərpətmirik. Amma fürsət düşən kimi xalqın adından danışırıq, xalqa ağıl öyrətməyə çalışırıq. Eynən Siyavuş Novruzov kimi…

Amma hamımız bilirik ki, bu cür danışıqlar sabun köpüyüdür. Bir balaca təpki qarşısında hər şey dağılıb gedir. Bu dəfə də belə oldu. Siyavuş Novruzovun bəyanatından sonra Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deputat Siyavuş Novruzovun DİN-i məhkəməyə verməsinə münasibət bildirərkən dedi ki, “Hər bir vətəndaşın məhkəməyə müraciət etmək hüququ var. Siyavuş Novruzov da bu ölkənin vətəndaşıdır. Məhkəməyə vermək istəyir, buyursun versin”.

DİN rəsmisinin fikirlərindən cəmi bir neçə saat sonra Milli Məclisin Komitə sədri Siyavuş Novruzov bildirdi ki, Daxili İşlər Nazirliyini məhkəməyə vermək niyyətindən daşınıb. Fikrini də belə əsaslandırıb ki, Daxili İşlər Nazirliyinin əməkdaşları həm pandemiya dövründə, həm də Vətən Müharibəsi zamanı böyük fədəkarlıq göstərib. Ona görə də Siyavuş Novruzov Daxili İşlər Nazirliyini məhkəməyə vermək niyyətində deyil.

Görünən odur ki, Siyavuş Novruzova duracağı yeri çox gözəl göstəriblər. Ona görə də bir gün əvvəl söylədiyi fikirlərini danıb. Günahı jurnalistlərin üzərinə atıb.

Ən nəhayət bəlli oldu ki, Siyavuş Novruzova təpki o qədər güclü olub ki, o, hətta böyük siyasətdən getdiyini açıqlayıb və son olaraq acizanə şəkildə deyib ki, “Jurnalistlərdən xahiş edirəm ki, məni siyasətə qatmasınlar”.

İndi deyirəm ki, görəsən, Siyavuş Novruzov böyük siyasətdən getsə, biz qazanarıq, yoxsa itirərik?!…


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi