Türkiyənin Kanal D televiziyasında yayımlanan “Eşref Rüya” serialında Kadir Baba rolunu canlandıran Görkem Sevindik fələstinli məhbuslarla bağlı paylaşım edib.
Metbuat.az xəbər verir ki, o, paylaşımında İsrailin edam cəzası barədə qərarına etiraz edib. Bu paylaşım, serialın geniş auditoriyası olan İsraildə böyük ajiotaj yaradıb. İsrailin milli təhlükəsizlik naziri ifrat sağçı İtamar Ben-Qvir, Sevindiyi hədəf alaraq, "Eşref Rüyadan Kadir. Sən heç vaxt Kadir Baba olmayacaqsan. Biz İsraildə yaşayırıq. Sən elə türk serialında rol alarsan. Ölüm cəzası artıq terrorçular üçün qüvvədədir" - deyə bildirib.
Qeyd edək ki, İsrail parlamenti fələstinli məhbuslar üçün ölüm hökmünün tətbiq edilməsini nəzərdə tutan mübahisəli qanun layihəsini qəbul edib.


Azərbaycanın İsraildə səfirlik açmamasının “sirri” - İran, Ərəb Liqası, yoxsa Rusiya...?
Uşaqlara qarşı təcavüz törədənlər necə cəzalandırılsın - rəylər
İsmayıllıda başçının müavini ÖZÜNƏ BİZNES QURUB - AY MAŞALLAH...
