Bu təyyarəni əvəz etmək ABŞ-a 700 milyona başa gələcək
İranın hücumu zamanı zədələnmiş “Boinq E-3 Sentry” uzaq radiolokasiya təyyarəsinin əvəz edilməsi ABŞ ordusuna 700 milyon dollardan çox başa gələ bilər.
Xəbər verilir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
Bu, E-3 təyyarəsini əvəz edə biləcək “Boinq E-7 Vedqetail” təyyarəsinin qiymətidir. Çünki artıq E-3 təyyarəsinin istehsalı yoxdur”, – məlumatda qeyd olunub.
NORAD-ın keçmiş komandiri general Qlen Van Herk isə bildirib ki, E-3-ün itirilməsi ABŞ Hərbi Hava Qüvvələrinin regiondakı missiyasının uğuruna təsir edəcək.