Sahibkarların yeni "vergi oyunu" — SAHİBKARLARIN YENİ.../VİDEO
ATV-yə istinadən xəbər verilir ki, ekspertlərin sözlərinə görə, bu, həm qanunsuz, həm də istehlakçı hüquqlarının pozulması hesab oluna bilər.
Hüquqşünas Roman Qaraşov bildirib ki, sahibkarların belə addımları vergi öhdəliklərindən yayınmaq məqsədini güdür və qanunsuzdur. Hər hansı istehlakçıya kassadan qəbzin verilməməsi ilə bağlı Vergi Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq olunur.
Ekspert həmçinin qeyd edib ki, nağdsız ödəniş zamanı kartdan-karta köçürmə tələb etmək və endirim verməmək, yalnız vergi öhdəliklərindən yayınmaq deyil, həm də istehlakçı hüquqlarının pozulmasıdır. İstehlakçı hüquqları haqqında qanunun 7-ci maddəsinə görə, hər bir məhsul üçün yazılı sənəd - kassadan qəbz və ya digər təsdiqedici sənəd verilməlidir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib ki, qanunvericilik bütün vətəndaşlara ticarət və xidmət sahələrində bərabər hüquq tanıyır. İstehlakçıların hüquqlarının pozulması hallarında müraciət etmək imkanı mövcuddur.demokrat