Ən çox bank əmanəti olan 5 region – SİYAHI
Azərbaycanda bank əmanətlərinin həcminə görə Bakı şəhəri ilk sırada qərarlaşıb.
Valyuta.az xəbər verir ki, 2026-cı il sentyabrın 30-na olan məlumata əsasən, paytaxtda cəlb edilmiş əmanətlərin ümumi həcmi 16 milyard 579 milyon 170 min manat təşkil edib. Bakıdan sonra ən çox əmanət Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb.
Burada əmanətlərin həcmi 697 milyon 693 min manat olub.
Əmanətlərin həcminə görə ilk beşlikdə yer alan regionları və onların ümumi göstəricidəki payını aşağıdakı cədvəldə təqdim edirik:
| Region | Əmanətlər (min manat) | Orta % dərəcəsi |
|---|---|---|
| 28.10.2026 | ||
| Bakı şəhəri | 16,579,170 | 5.10% |
| Abşeron-Xızı iqtisadi rayonu | 697,693 | 7.01% |
| Gəncə-Daşkəsən iqtisadi rayonu | 304,846 | 6.91% |
| Quba-Xaçmaz iqtisadi rayonu | 183,567 | 6.29% |
| Lənkəran-Astara iqtisadi rayonu | 171,551 | 5.96% |
Tənzilə Ağabalayeva