azia.az
azia.az

İsrailin XİN başçısı Azərbaycanda deputatlarla görüşdü

26-01-2026, 20:39

İsrailin xarici işlər naziri Gideon Saar Azərbaycana səfəri çərçivəsində Milli Məclisin deputatları ilə görüşüb.

 

Xəbər verilir ki, XİN başçısı bu barədə "X"də paylaşım edib.

 

"Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüş əla keçib. Biz İsrail və Azərbaycan arasındakı etimad, qarşılıqlı hörmət, ümumi dəyərlər və maraqlara əsaslanan dərin dostluq haqqında məhsuldar söhbət apardıq. Bu strateji tərəfdaşlığı gücləndiririk!", - deyə o yazıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi