Ceyhun Məmmədov Saatlıda məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərlə görüşdü
Ceyhun Məmmədov Saatlıda məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərlə görüşdü
Azərbaycan Respublikası Milli Məclisinə fevralın 9-da keçiriləcək seçkidə Yeni Azərbaycan Partiyasının 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədov fevralın 4-də seçki kampaniyası çərçivəsində Saatlıda məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərin evində olub, onlarla həyətlərdə söhbətlər edib, seçki platforması haqqında məlumat verib.
Ceyhun Valeh oğlu Məmmədov evlərdə görüş zamanı Əlisultanlı qəsəbəsində Qarabağ əlili Qurbanov Mübariz Allahverdi oğlunun ailəsini və Qarabağ Müharibəsində şəhid olan Məmmədov Urfət Rəvan oğlunun anası Əbdürəhmanova Tehran Adil qızını ziyarət ediblər.
Daha sonra YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, Azərbaycan Texniki Universitetinin professoru Əyyub Kərimov, Avrasiya Universitetinin dosenti Əjdər Yunusov, Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə, Cəbrayıl Ağsaqqallar Şurasının üzvləri Məhəmmədəli Mehdixanlı və Hüseynov Namazın iştirakı ilə tədbir keçirilib.