Sağlam insanlarla eyni səviyyədə rəqabət aparmaq Azərbaycanın paralimpiya çempionu Lamiyə Vəliyevaya motivasiya verir.
Atlet bu barədə "Report"a açıqlama verib.
O, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Atletikasının bürünc səviyyəli "UNG Meeting" yarışında bürünc medal qazanması ilə bağlı fikirlərini bölüşüb:
"Turnir sağlam idmançılar arasında keçirilirdi və bu yarışda bürünc medal qazanmaq mənim üçün böyük sevinc oldu. Ən önəmlisi isə odur ki, sağlam idmançılarla eyni səviyyədə rəqabət apara bildim. Bu, həm motivasiya verir, həm də daha çox çalışmağa sövq edir. Düzdür, iki ildir ki, 200 metr məsafəni özümə məqsəd kimi qoymamışdım, ona görə bu qədər aradan sonra bu məsafəni qaçmaq mənim üçün xüsusilə sevinclidir. Gələn dəfə daha gözəl nəticələr əldə edəcəyimə inanıram".
Qeyd edək ki, 23 yaşlı idmançı 200 metr məsafəni 24.35 saniyəyə qət edib.

Azercell Paralimpiyaçı idmançılarımıza da dəstək olur
Lamiyə İsazadənin Şeir kitabının təqdimat mərasimi keçirildi (Video+Foto)
Rio-2016 başa çatdı - Azərbaycan 11 medal qazanıb
Şərurdakı məşhur “Qaqaşxana” necə dağıdılıb və Cabbarovlardan 700 min dolları kim alıb? - Video
