azia.az
azia.az

Yüksək vəzifəyə təyin edilən Zəka Mirzəyev kimdir?

16-04-2025, 12:44

Xəbər verdiyimiz kimi, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Zəka Mirzəyev nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri təyin edilib.

Oxu24.com-un  məlumatına görə, 47 yaşlı Zəka Mirzəyev bu təyinatadək Fond sədrinin müavini vəzifəsini tutub.

BDU-nun Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsini beynəlxalq hüquq ixtisası üzrə bakalavr, magistr və aspirantura pillələrini bitirən Z.Mirzəyev 2000-ci ildən özəl sektorda çalışıb.

2005-ci ildə Maliyyə Nazirliyində baş məsləhətçi kimi dövlət qulluğuna daxil olub. 2009-cu ildən həmin nazirliyin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin sektor müdiri, 2016-cı ildən müdir müavini vəzifələrində çalışıb.

2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Hərbi və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin, 2019-cu ildə Xüsusi Şərtlərlə Təyinat İdarəsinin rəisi vəzifəsinə təyin olunub


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi