azia.az
azia.az

"Zavodum zərərlə işləyir, səhmlərini sata bilmərəm" - "Azersun Holding”in sahibi

11-12-2018, 01:24

"Mən mənfəətə çıxarmadığım qədər heç bir müəssisənin səhmlərini IPO-ya (Initial Public Offering – İlkin Kütləvi Təklif) çıxarmaram”. 

 Bunu açıqlamasında "Azersun Holding” MMC-nin sahibi Abdolbari Goozal deyib. 

 O, bu haqda "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC-nin (İmişli Şəkər Zavodunun idarəçisi) səhmdar cəmiyyətə çevrilməsi və səhmlərinin satışa çıxarılması ehtimalına münasibət bildirərkən danışıb və zavodun hələ ki, zərərlə işlədiyini bildirib. 

 "İmişli Şəhər Zavodu bir neçə ildir ki, yaxşı maliyyə nəticələri göstərmir, zərərlə işləyir. İstəyirik ki, yeni, müasir texnologiyalar tətbiq etməklə məhsuldarlığı artıraq və zavodu ilk öncə mənfəətə çıxaraq. Çünki mən məsuliyyət daşıyıram. Məmurlar gətirib bura pul verəcəklər, sabah da deyəcəklər ki, Goozal bəy bacarmadı, pulumuz batdı. Məni həm yamanlayacaq, həm də bəd dua edəcəklər", - deyə iş adamı qeyd edib. 

 

Report 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi