azia.az
azia.az

Milli Qəhrəman Şahlar Şükürovun unudulmaz adı xalqımızın qeyrət simvoludur

26-07-2024, 15:47

Məlumdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həyata keçirilən döyüş əməliyatları zaman xüsusi xidmətlərini və vəzifə borcunu lazımi səviyyədə yerinə yetirən, igidliyini və mərdliyini nümayiş etdirən şəxslər Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncam əsasında, “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülürlər.
Milli Qəhrəman Şahlar Şükürovun unudulmaz adı xalqımızın qeyrət simvoludur
Qeyd edək ki, bu günə kimi 20 nəfər sağlığında, 221 nəfəri isə ölümündən sonra belə bir fəxri ada layiq görülüblər. İndiyə kimi 2 nəfər şəxsdən isə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı geri alınıb. Ölkəmizdə yüksək fərqlənmə dərəcəsi hesab olunan “Azərbaycanın Milli Qəhrəmanı” adı, “Azərbaycanın Milli Qəhrəmanı” adının müəyyən olunması haqqında Azərbaycan Respublikasının 25 mart 1992-ci il tarixli, 331-XII nömrəli Qanunu ilə müəyyən edilmişdir. “Azərbaycanın Milli Qəhrəmanı” adı haqqında Əsasnamə isə, Azərbaycan Respublikasının 1992-ci il 15 iyul tarixli 209 nömrəli Qanunu ilə təsdiq olunmuşdur. Hansısa şəxsə belə bir fəxri ad, yəni “Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikası Prezidentinin öz təşəbbüsü, yaxud da irəli sürülmüş vəsatətlər əsasında verilir və bu ad eyni şəxsə yalnız bir dəfə verilir. “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adını daşıyan şəxs qanunvericiliklə müəyyənləşdirilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Eyni zamanda, bu adı daşıyan şəxs və ya şəxslər həmin addan yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum oluna bilərlər. Qeyd edək ki, Azərbaycanın ilk Milli Qəhrəmanı adı 02 dekabr 1969-cu ildə Bakı şəhərinin Qobustan qəsəbəsində anadan olan, 1992-ci ildə Goranboy rayonu ərazisində erməni quldurlarına qarşı həyata keçirilən döyüş əməliyyatları zamanı misilsiz qəhrəmanlıqlar göstərən və ərazi bütövlüyümüzün təmin olunması uğrunda şəhid olan Yusif Əliyusif oğlu Əliyevə ölümündən sonra verilir. Bununla bağlı 06 iyun 1992-ci il tarxdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Fərman da imzalanır. Tarix sübut edir ki, bu günə kimi hər bir xalqın taleyində çoxsaylı qəhrəmanları olub və yaranmış tarixi şəraitdən asılı olaraq vətən - xalq qarşısında taleyüklü məsələlərin həllinə ehtiyac duyulduqda, xalqın cəsarətli övladları meydana çıxırlar və onlar atdıqları addımları, oynadıqları rolları və s. ilə xalqın qəhrəmanına çevrilirlər. Bizim xalqın da tarixində neçə-neçə qəhrəmanları olub ki, bu gün də biz onların qürurlu adları ilə öyünürük, iftixar hissi keçiririk. Məsələn, yaxın-uzaq tariximizə ekskurs etməklə bir çox həqiqətləri təkrar yada sala bilərik. Unutmayaq ki, xalqımızın ilk yazılı ədəbiyyat nümunəsi olan "Kitabi Dədə Qorqud" dastanında Qazan xan, Bamsı Beyrək, Ərəb xilafətinə qarşı vuruşaraq bənzəri olmayan igidliklər göstərən Cavanşir, Babək, dövlət başçısı və müdrik sərkərdə adına sahib olan Şah İsmayıl Xətai, Çar Rusiyasına qarşı uzun illər ərzində amansız mübarizələr aparan Qaçaq Nəbi və s. kimi tarixi şəxsiyyətlərin adlarını misal çəkmək olar. Bəli, tarix elə gətirdi ki, 1991-ci ildə Azərbaycan Respublikası ikinci dəfə müstəqillik hüququnu əldə etdikdən sonra, yəni yaxın tariximizdə xalqımızın neçə-neçə övladları Milli Qəhrəman adına layiq görüldülər. Söz yox ki, buna əsas verən səbəblərdən ən başlıcası, müstəqilliyimizin ilk illərindən başlayaraq dədə-baba torpaqlarımızın işğalçı Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalması oldu. Faktdır ki, həmin vaxtlarda xarici ölkələrdəki diaspor təşkilatlarının göstərdikləri maliyyə yardımları və digər köməklikləri, hətta Sovet ordusunun qalıqları hesabına yaxşı silahlanmış erməni işğalçı dəstələrinin qarşısına Azərbaycanın mərd övladları çıxdılar. Bəli, bu günə kimi “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adını layiq görülən 241 nəfərin tam böyük əksəriyyəti, Dağlıq Qarabağ müharibəsində göstərdikləri şücaətə görə belə bir ada layiq görülürlər. Milli Qəhrəmanlarımızdan hər birinin keçdikləri döyüş yollarına nəzər saldıqda o da bəlli olur ki, onlar təpədən dırnağadək silahlanmış erməni işğalçılarının dogma torpaqlarımıza qarşı həyata keçirdikləri amansız hücumların qarşısının alınmasında çox böyük şücaətlər göstərirlər. Bir sözlə, Milli Qəhrəmanlarımız fərqli talelər yaşasalar da, onların hər biri bizim üçün örnəkdir, qürur mənbəyidir.
“Azərbaycanın Milli Qəhrəmanı” fəxri adını daşıyan qeyrətli vətən oğlullarından biri də, Şükürov Şahlar Əvəz oğlu olur. Bu şəxsin həyat yolları və fəaliyyəti haqda lazımi məlumatları əldə etdikdə bəlli olur ki, Şahlar Şükürov 17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olur.Milli Qəhrəman Şahlar Şükürovun unudulmaz adı xalqımızın qeyrət simvoludur O, orta təhsilini uğurla başa vurduqdan sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki İqtisad Universiteti) daxil olur. 1972-ci ildə bu ali təhsil müəssisəsində də təhsilini müvəffəqiyyətlə başa vurur və bir müddət keçdikdən sonra könüllü hərbi xidmətə yola düşür.Milli Qəhrəman Şahlar Şükürovun unudulmaz adı xalqımızın qeyrət simvoludur Elə ki, Şahlar Şükürov ordu sıralarından tərxis olunur, o halda o, çox keçmir ki, Bakı şəhərindəki islah-əmək müəssisələrindən birində əmək fəaliyyətinə başlayır. Bir müddətdən sonra isə, əmək fəaliyyətini Ucar Rayon Daxili İşlər Şöbəsində (indiki Ucar Rayon Polis Şöbəsi) davam etdirməli olur. Şahlar Şükürov bir neçə il müxtəlif sahələrdə çalışsa da, daha sonra bu şəxs ikinci ali təhsil almaq qərarına gəlir və 1986-cı ildə Rostov Ali Polis Akademiyasında təhsilini başa vurur. 1987-ci ildə Zərdab rayon DİŞ-də əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin olunan Şahlar Şükürov, qısa müddət ərzində polis mayoru rütbəsinədək yüksəlir. Elə ki, 1990-cı ildə mənfur qonşumuz olan Ermənistanın işğalçı ordu birləşmələri ara-sıra dədə-baba torpaqlarımıza hücümlarını davam etdirir, o halda yüzlərlə, minlərlə qeyrətli Vətən oğullları kimi Şahlar Şükürov da, düşmənə qarşı formalaşan nifrət hissini heç cür gizlədə bilmir. Bir sözlə, Vətən sevgisi, xalqına bağlılıq duyğusu bu şəxsi döyüş bölgələrinə getməyə vadar edir. Belə bir səbəbdən də, Şahlar Şükürov tez-tez döyüş bölgələrində olur və ərazi bütövlüyümüzün təmin olunması uğrunda həyata keçirilən döyüş əməliyatlarında fəal iştirak edir. 11 iyul 1990-cı ildə azərbaycanlılardan ibarət maşın karvanı Tərtər-Kəlbəcər yolu ilə hərəkətdə olarkən, Ağdərə ərazisində maşın karvanı qəflətən erməni işğalçılarının hücumlarına məruz qalır. Həmin vaxt Şahlar Şükürov ermənilərə qarşı son nəfəsinədək vuruşur. Təəssüflər olsun ki, o, qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur və nəşi doğulub boya-başa çatdığı Zülfüqarlı kəndində torpağa tapşırılır.Milli Qəhrəman Şahlar Şükürovun unudulmaz adı xalqımızın qeyrət simvoludur Qeyd edək ki, polis mayoru Şahlar Şükürov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülür və bununla bağlı Azərbaycan Respublikasının Prezidenti 08 oktyabr 1992-ci il tarixdə Fərman (№264-li) imzalayır. Bu şəxs gənc yaşlarında ikən Zərdab rayon DİŞ-də çalışdığı üçün, hal-hazırda bu rayonun küçələrindən biri onun adını daşıyır. Bundan əlavə, rayondakı məktəblərdən birinə də Şahlar Şükürovun adı verilmişdir.Milli Qəhrəman Şahlar Şükürovun unudulmaz adı xalqımızın qeyrət simvoludur Bu şəxsin göstərdiyi qəhrəmanlıqlara həsr olunmuş "Bir elin Şahları" adlı filmi də ərsəyə gətirilmişdir və filmin ssenari müəllifi Qorxmaz Şıxəliyev, rejissoru isə Vəli Səyyadidir. Bütün bunlar onu göstərir ki, xalqımız özünün qəhrəman oğul və qızlarının adlarını heç vaxt unutmur, onları yaddaşlardan çıxarmır. Çünki, onlar ana vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpaqlarımızın şərəfi, qeyrəti, namusu uğrunda canlarından keçirlər və bu yolda bənzəri olmayan qəhrəmanlıqlar göstərirlər. Ona görə də xalqımız öz qəhrəmanlarının adlarını, o cümlədən “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülən Şahlar Şükürovun qürurlu adını hər zaman qəlbində yaşadır, bu şəxsin adını şərəf və qeyrət simvolu olaraq daim xatırlayır, gənc nəslə nümunə olaraq təqdim edir. Əsas bir məqama da diqqət yetirək ki, Şahlar Şükürovun atası mərhum Əvəz Kərəm oğlu Şükürov uzun illər ərzində müxtəlif rəhbər vəzifələrdə çalışmış, hətta 1994-1995-ci illərdə Kəlbəcər Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsini də daşımışdır. Bunları qeyd etməkdə məqsədimiz ondan ibarətdir ki, həmin vaxtlarda Şükürovlar ailəsi kifayət qədər geniş imkana malik bir ailə olsa da, Vətən- torpaq anlayışı, dövlətə və dövlətçiliyə xidmət etmək amalı, bu ailənin üzvləri üçün hər şeydən üstün olur. Belə bir səbəbdən də, Şükürovlar ailəsində dünyaya göz açıb boya-başa çatan Şahlar Şükürov Vətənin dar günlərində onun müdafiəsinə qalxır və o, bunu özü üçün şərəf bilir. Bəli, faktdır ki, mərhum Əvəz Şükürovun ailəsində dünyaya göz açan övladların hər biri vətənpərvərlik ruhunda tərbiyə olunurlar. Bu da hər zaman onların həyat və fəaliyyətində özünü göstərir. Qeyd edək ki, Şahlar Şükürov həmin vaxtlarda rəis müavini vəzifəsində çalışırdı və əgər bəzi imkanlı ailələrin övladları kimi o da, döyüş bölgələrinə getməkdən bu və ya digər yollarla imtina etmək qərarına gəlsəydi, yəqin ki, o halda o, bunu bacara bilərdi. Amma, Şahlar Şükürov bu yolu tutmur və Vətən-xalq uğrunda vuruşmağı özü üçün şərəf bilir. Belə bir səbəbdəndir ki, hal-hazırda qədirbilən xalqımız bu qeyrətli Vətən oğlunun ölməz ruhu qarşısında baş əyib, əziz xatirəsini hər zaman uca tuturlar. Bu gün hər kəs təsdiq edə bilər ki, Şahlar Şükürov xalqımızın qeyrət simvolu olmaqdan əlavə, eyni zamanda gənc nəslə örnək ola biləcək unudulmaz Qəhrəmandır. Bir həqiqəti də qeyd edək ki, istər Birinci, istərsə də İkinci Qarabağ savaşı bir daha göstərdi ki, doğrudan da Azərbaycan qəhrəmanlar diyarıdır, igidlər və cəsurlar məskənidir. Yəni, xalqımızın igid oğulları, mərd qızları heç vaxt doğulub boya-başa çatdıqları Vətəni darda qoymayıblar və bu yolda canlarından keçməyi özləri üçün şərəf biliblər. Belə bir səbəbdən də, Dağlıq Qarabağ müharibəsinin ilk günlərindən torpaqlarımızın bütövlüyü uğrunda həyata keçirilən döyüş əməliyyatlarında həlak olanların əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində, bu gün də lazımi addımlar atılmaqdadır. Yəni, həmin vaxtdan bu günə kimi respublikamızın şəhərlərində, rayonlarında, kənd və qəsəbələrində şəhid və Milli Qəhrəman adını daşıyanların adlarına minlərlə küçələr var, onların büstləri ucaldılmış, xatirə bulaqları və guşələri yaradılmış, barələrində filmlər çəkilmiş, saysız-hesabsız kitablar, məqalələr və s. yazılmışdır. Söz yox ki, “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adını daşıyan Şahlar Şükürovla bağlı da, qeyd olunanların hər biri öz həllini tapmışdır. Qeyd edək ki, ötən illər ərzində Milli Qəhrəman Şahlar Şükürov adına 35 №-li Kəlbəcər rayon orta məktəbdə bir çox əhəmiyyətli tədbirlər keçirilmiş və həmin tədbirlər zamanı Qəhrəmanımızın doğum günləri qeyd olunmuş, məzarı ziyarət edilmiş, qəbri üzərinə xatirə lövhəsi qoyulmuşdur.
Milli Qəhrəman Şahlar Şükürovun unudulmaz adı xalqımızın qeyrət simvoludurBundan əlavə, keçirilən tədbirlərdə Şahlar Şükürovun həyatından, qəhrəmanlıq yollarından, bu şəxsin yüksək mənəvi-əxlaqi keyfiyyətlərindən, gələcək nəsillərə örnək olmasından bəhs olunmuş, şagirdlərin ifasında Qəhrəmana həsr olunmuş şeir və digər bədii-publisistik mətnlər səsləndirilmiş, hətta "Bir elin Şahları" adlı sənədli filmi də nümayiş etdirilmişdir.
Milli Qəhrəman Şahlar Şükürovun unudulmaz adı xalqımızın qeyrət simvoludurBu günə kimi Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən də, Milli Qəhrəman Şahlar Şükürovun adı ilə bağlı bir neçə tədbirlər keçirilmiş və həmin tədbirlərdə Milli Qəhrəmanın həyatından bəhs edən videoçarx və ədəbi-bədii kompozisiya da nümayiş etdirilir. Bütün bunlar onu göstərir ki, bu gün ölkəmizdə şəhid və Milli Qəhrəman adına çox böyük hörmət göstərilir, onların əziz xatirəsi hər zaman yad olunur. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Kamal MİRZƏ


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi