azia.az
azia.az

“Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçirilib

Dünən, 22:23

“Vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçirilib

 Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” İşçi qrupunun növbəti rüblük iclası keçirilib.

İclasda Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsinin 1-ci yarımilliyi üzrə görülmüş işlərin nəticələri və növbəti dövr üçün nəzərdə tutulan tədbirlər müzakirə olunub. Tədbirdə İşçi qrupunun üzvləri, dövlət qurumlarının və özəl sektorun nümayəndələri iştirak ediblər.

“Vergi və hesabatlılıq” İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev çıxış edərək həyata keçirilən tədbirlər barədə məlumat verib. Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev “Business Ready” hesabatın nəticələrinin ilin sonunadək açıqlanacağını bildirib. Qeyd olunub ki, həyata keçirilmiş işlər müsbət nəticələr əldə ediləcəyinə ümid verir.

Müzakirələr zamanı nəzərdə tutulmuş layihələrin icra vəziyyəti, o cümlədən e-portal üzərində işlərin gedişi, AVİS-2 layihəsinin icrası, eləcə də vergi bəyannamələrinin öncədən doldurulması (“prefiling”) sisteminin tətbiqi barədə məlumatlar təqdim edilib. Bildirilib ki, sadələşdirilmiş vergi bəyannaməsinin əvvəlcədən doldurulması - “prefiling” sistemi artıq istifadəyə verilib və ilkin məlumatlara əsasən, vergi ödəyicilərinin böyük bir hissəsi bu xidmətdən faydalanmaqdadır. 

İclasda işçi qrupun üzvlərinə qarşıdakı dövrdə həyata keçirilməsi nəzərdə tutulan bir sıra layihələr barədə məlumat verilib. Vergitutma sahəsində yeniliklərlə bağlı biznes konsaltinq şirkətləri ilə əməkdaşlığın davam etdiriləcəyi vurğulanıb, 2025-ci il üzrə Yol Xəritəsində qarşıda duran vəzifələr nəzərdən keçirilib, növbəti mərhələ üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi