azia.az
azia.az

KOMİTƏ SƏDRİNİN MÜAVİNİ: ““Parlamentdə Ramiz Mehdiyevin kadrları var” fikri kökündən yanlışdır”

Bu gün, 15:31

KOMİTƏ SƏDRİNİN MÜAVİNİ: ““Parlamentdə Ramiz Mehdiyevin kadrları var” fikri kökündən yanlışdır”

“Parlamentin buraxılması ilə bağlı məsələ gündəmdə deyil. Ramiz Mehdiyevin parlamentdəki kadrları məsələsinə gəldikdə, Mehdiyev 2019-cu ildə vəzifəsindən kənarlaşdırılıb. Parlamentın VI çağırışı 2020-ci ildə, VII çağırışı isə 2024-cü ilin sentyabrında formalaşıb. “Parlamentdə Ramiz Mehdiyevin kadrları var” fikri kökündən yanlışdır. Ola bilər, zamanında Ramiz Mehdiyevlə isti münasibəti olan şəxslər olsun. Amma parlamentin formalaşdırılmasında Ramiz Mehdiyev heç bir halda iştirak etməyib”.

 Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib.

 “Onun haqqında cinayət işi qaldırılıb, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən çox ciddi ittihamlar irəli sürülüb. Hesab edirəm, bu ittihamlar əsaslı olacaqsa, Mehdiyevin bilavasitə əlaqədə olduğu, prosesdə birgə fəaliyyət göstərdiyi şəxsləri də əhatə edə bilər. Siyahıda kimlərin olacağı isə istintaqın gedişində müəyyən olunacaq. Bütövlükdə, Ramiz Mehdiyevin məsələsinin parlamentə heç bir aidiyyatı yoxdur”, - deputat bildirib.

 

Aytəkin Qardaşova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi