Ramiz Mehdiyev o cür xanımı biabır etdi - "Boz kardinal"la baglı dəhşətli faktlar - VİDEO
Bu gün, 00:33
"Ola bilməz ki, Ramiz Mehdiyevin oğlu atasının fəaliyyətindan xəbərsiz olsun. Onlar hamısı cəzalarını alacaqlar. Başqa cür ola bilməz".
Bu sözləri AMEA-nın Riyaziyyat və Mexanika Institutunun direktoru, sabiq təhsil naziri Misi Mərdanov "Bakupost TV"-yə müsahibəsində deyib.
O, vaxtilə R.Mehdiyevin vəzifəyə qoyduğu, dövlətin müxtəlif strukturlarına yerləşdirdiyi adamların da, yaratdığı şəbəkənin də hazırda iş başında olduğunu və dövlət üçün təhdid yaratdığını bildirib. M.Mərdanov istintaq zamanı dövlətə xəyanətlə bağlı bütün detalların araşdırılacağı və günahkarların ədalət məhkəməsi qarşısında cavab verəcəklərinə inandığını da vurğulayıb. O, hesab edir ki, həm Milli Məclisdə, həm də dövlət orqanlarında Ramiz Mehdiyevin kadrları var və bu səbəbdən təmizləmə işləri davam etdirilməlidir.
Sabiq nazir hakimiyyətdə olduğu və AMEA prezidenti işlədiyi illərdə R.Mehdiyevin təhsilin inkişafına yaratdığı maneələrdən, rayon təhsil şöbələri və universitetlərin rəhbərliyinə öz adamlarını yerləşdirməsindən də bəhs edib. M.Mərdanov qeyd edib ki, Ramiz Mehdiyev bütün fəaliyyəti boyu intriqalar yaratmaq, məmurları və elm adamlarını üz-üzə qoymaqla Azərbaycana böyük zərbələr vurub.