"Ramiz Mehdiyevin sərvəti xalqın haqqıdır, xalqa da qaytarılsın!" - Bakı sakinləri DANIŞIR
Uzun illər Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışmış Ramiz Mehdiyevin həbsinin ardınca onun milyonlarla ölçülən əmlakı, sərvəti ortaya çıxdı. Ümumiyyətlə, hər dəfə ölkədə hansısa yüksək rütbəli məmurun həbsi xəbərinin ardınca saysız-hesabsız evləri, villaları, mənzilləri, torpaq sahələri və digər əmlakları üzə çıxır. Onda belə çıxır ki, deməli hər gün tikilən yeni binalar, satışa çıxarılan bahalı mənzillər həmin vəzifəli şəxslərin və onların yaxın çevrəsinin “investisiya” adı altında aldığı mülkləridir?