Bunun sayəsində CİNSİ ZƏİFLİKDƏN XİLAS OLACAQSINIZ
Cinsi istək, başqa sözlə, libido. Bir çox insan libidosunu yaxşılaşdırmaq üçün kimyəvi dərmanlara müraciət edir. Amma vəziyyət o qədər də pis deyil. İtirilmiş həyəcanı kiçik dəyişikliklər etməklə bərpa etmək olar. İstəksizlik və ya müxtəlif problemlər yaşayırsınızsa və ya libidinal enerjinizi artıraraq sağlam cinsi həyat istəyirsinizsə, təkliflərimizə qulaq asın.
Referans.az cinsi istəyi artırmanın bəzi yollarını təqdim edir.
Özünə inam üzərində işləyin
Cinsi istəyin altında yatan psixoloji amillər var. Cinsi əlaqə zamanı özünə inamın olmaması həzzi yarıbayarı azaldır. Odur ki, vücudunuz və ya özünüzlə bağlı mənfi şeylərə deyil, müsbət cəhətlərə diqqət yetirin. Bu, zövqü ikiqat artıracaq.
Afrodizyakların gücü
Afrodizyak qidaların gücünə inanın. Avokado, əncir və banan kimi cinsi gücü artıran meyvələri bol istehlak etməyə çalışın. Bu qidalar ümumiyyətlə qan axınını sürətləndirən minerallar və vitaminləri ehtiva edir.
Şokolad istehlak edin
Şokolad yalnız dadlı deyil, həm də cinsi həzzi artırır. Araşdırmalar göstərir ki, şokolad serotonin hormonlarının ifrazını dəstəkləyir. Bu ifraz olunan hormonlar enerjini iki qat artırır.
Şəkər və trans yağlardan çəkinin
Mütəxəssislər deyirlər ki, şəkərli qidalar libidonu azaldır. Serotonin səviyyələrində qəfil artım istəksizliyə səbəb ola bilər. Bu səbəbdən ağ şəkərdən uzaq durmaq lazımdır. Bundan əlavə, trans yağ turşularından qaçınmağa diqqət yetirilməlidir. İşlənmiş məhsullardan uzaq durmağa çalışın.
Stressdən çəkinin
Araşdırmalar göstərir ki, stress cinsi həyata mənfi təsir göstərir. Stressli şəkildə yaşanan cinsi əlaqə həzzi azaldır. Odur ki, istirahətə diqqət yetirin, stress faktorları yaradan vəziyyətləri aradan qaldırın və meditasiya edin.
Problem həll edilmirsə, mütləq bir mütəxəssislə məsləhətləşin
Problem düşündüyünüzdən daha ciddi ola bilər. Psixoloji və təbii üsulları sınamısınızsa; Əgər hələ də nəticə əldə etmirsinizsə, bir mütəxəssislə məsləhətləşməyin vaxtıdır.
Aqil Qarayev