azia.az
azia.az

Məmurların maaşlarının azaldılması üçün PETİSİYA BAŞLADI

27-08-2023, 11:17

Qazaxıstanda məmur maaşlarının 85 min tengəyə (182 dollar) endirilməsi ilə bağlı petisiya başladılıb.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, elektron tələb üç gün əvvəl “alash.online” saytında istifadəyə verilib və artıq 16 mindən çox imza toplanıb.


Eyni zamanda 100-dən az adam petisiyaya qarşı çıxıb.

“Biz Qazaxıstan xalqından bütün məmurların (akimlər, nazirlər, deputatlar və digərləri) maaşlarını 85 min tengəyə (182 dollar) endirməyi tələb edirik. Məmurlar iddia edirlər ki, bir adam ayda 85 min tengəyə (182 dollar) yaşaya bilər. Ayda 85 min tengə (182 ABŞ dolları) ilə dolana bildikləri üçün onlara bu qədər yüksək maaş vermək yersizdir”, – müraciətdə deyilir.

Qeyd edək ki, petisiyanın yaradılmasına əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Oljas Ordabayevin Qazaxıstanda ayda 85 min tengə (182 dollar) maaşla yaşaya biləcəyini söyləməsi səbəb olub.

Əhali tələb edir ki, dövlət icra başçısına, nazirə, deputatlara yüksək maaş verməkdənsə, müavinətləri artırsın, güzəştli ipoteka və avtomobil kreditlərini maliyyələşdirsin, vəsaiti yolların, infrastrukturun təmirinə yönəltsin, evsizlər üçün aşxanalar açsın.

Eyni zamanda, ötən ay qazaxıstanlı deputatın oğlu Sergey Ponomarev sosial eksperiment keçirib. Belə ki, o, Qazaxıstanda minimum əmək haqqı 70 min tengə (150 dollar) ilə yaşamağın mümkün olub-olmadığını yoxlamaq qərarına gəlib. Nəticədə pul eksperimentin 13-cü günündə bitib.

İqbal Rzayev,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi