azia.az
azia.az

Yanacaqdoldurma məntəqəsində partlayış- 58 nəfər yaralandı

27-08-2023, 08:43

Rumıniyanın paytaxtı Buxarest yaxınlığındakı Krevedia şəhərində mayeləşdirilmiş yanacaqdoldurma məntəqəsində daha iki partlayış baş verib.


Bu barədə yerli “Digi 24” telekanalı şəhər hakimiyyətinə istinadən məlumat yayıb.


Hadisədə yaralananları sayı 58-ə çatıb.


İlkin məlumata görə, qaz balonları partlayıb.


Telekanalın məlumatına görə, xəsarət alanlar arasında 39 yanğınsöndürən, iki jandarm və iki polis var.


Xüsusilə ağır vəziyyətdə olan 4 xəstənin Belçika və İtaliyadakı xəstəxanalara aparılacağı qeyd edilir.


Yanğının söndürülməsi işlərinə Norveç və Avstriyadan da dəstək verilib./APA


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi