"MİDA" tikinti şirkətindən Smart kart tipli su sayğaclar alır - 211 min manatlıq
"MİDA" MMC-nin "Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsində yerləşən 1,5 ha torpaq sahəsində və Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha ərazidə inşa olunan çoxmənzilli yaşayış binalarında mənzillər üçün su sayğaclarının alınıb quraşdırılması" tenderi başa çatıb.
32gun.az xəbər verir ki, tenderin qalibi "RF İNŞAAT" MMC olub. Tərəflər arasında 210.930,9 AZN-lik müqavilə imzalanıb.
Tenderə əsasən Smart kart tipli su sayğacının (20 mm) dəyəri, Smart kart tipli su sayğacının (20 mm) quraşdırılması lazımdır.
Bildirək ki, nizamanmə kapitalı 50 AZN olan "RF İNŞAAT" MMC-nin qanuni təmsilçisi VAHİB ZEYNALOV LƏTİF OĞLUdur. Şirkətin saytında xidmətləriiz bölməsində Dizayn, Təmir, Tikinti işləri ilə məşğul olduqları yazılıb.
Xatırladaq ki, "MİDA" MMC-nin idarə heytsinin sədri Sadiq Sadıqovdur.
Ayxan