azia.az
azia.az

Elman Nuriyev külli miqdarda vergi borcu olan idarəni 190 min manatlıq tenderdə qalib etdi - FOTOFAKT

25-08-2023, 08:29

Kür-Araz çaylarında Bəndlərin istismarı İdarəsinin "Cari təmir üzrə Kürdəmir rayon ərazisində yerləşən Girdimançay çayında mexanizmlərlə yerinə yetiriləcək torpaq işlərinin (məcranın təmizlənməsi və mühafizə bəndinin təmiri) satınalınması" ilə bağlı ela etdiyi tender başa çatıb. 

32un.az-ın məlumatına görə, tenderin qalibi Salyan Melioservis İdarəsi olub. Tərəflər arasında 190 min AZN-lik müqavilə imzalanıb.

Əldə etdiyimiz məlumata görə, tenderin qalibi olan Salyan Melioservis İdarəsinin hazırda dövlətə külli miqdarda  vergi borcu mövcuddur. İdarənin veri borcu  140 min 745 manat 12 qəpikdir. 

Qeyd edək ki, Kür-Araz çaylarında Bəndlərin istismarı İdarəsinin rəisi Elman  Nuriyevdir. Salyan melioservis idarəsinin rəisi isə Azər Abbasqulu oğlu Nəcəfovdur. 

Ayxan 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi