azia.az
azia.az

Bu gün Bakıda 36, rayonlarda 37 dərəcə isti olacaq

22-08-2023, 08:29

Bakıda və Abşeron yarımadasında avqustun 22-də havanın dəyişkən buludlu olacağı, havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi