Abdulbari Gozalın rəhbəri olduğu şirkətlə AAYDA arasında məhkəmə çəkişməsi
"Azərsun Holdinq" MMC-nin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı iddiası üzrə məhkəmə iclası bu gün keçiriləcək.
Pravda.az-ın əldə etdiyi məlumata görə, iddia hakim Aytən Əliyevanın sədrliyi ilə araşdırılır.
Qeyd: "Azərsun Holdinq" MMC Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini məhkəməyə verərək daşınmaz əmlak üzrə mübahisələr barədə tələb irəli sürüb. Holdinqin rəhbəri tanınmış iş adamı Abdulbari Gozaldır.
Kamal Məmmədov