azia.az
azia.az

Göygöl Rayon İcra Hakimiyyəti 10 manatlıq şirkəti 121 min AZN-lik tenderdə qalib seçdi

9-08-2023, 09:33

Göygöl Rayon İcra Hakimiyyəti Başçısı Elvin Paşayevin Göygöl Şəhəri  üzrə Nümayəndəliyinin elan etdiyi "Göygöl Mənzil-Kommunal Təsərrüfatı və İstehsalat Birliyinin (MKTİB) balansında olan kommunal yaşayış evlərində cari təmir işləri ilə bağlı başa çatıb. 

Xəbər verilir ki, tenderin qalibi "HENTOR" MMC olub. Tərəflər arasında 120.726,97 AZN-lik tender müqaviləsi imzalanıb. 

Sözügedən tender işinə "Yararsız taxta döşəmənin sökülməsi, Döşəmə altı atmaların sökülməsi, Döşəmə altı torpağın əl ilə qazılaraq çıxarılması, Yararsız qapı bloklarının sökülməsi, Yararsız pəncərə bloklarının sökülməsi, Divarda köhnə divar kağızının sökülməsi, Taxta tavanın köhnə rəngdən qaşınması" kimi işlər daxildir. 

Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan "HENTOR" MMC-nin qnauni təmsilşisi KAMRAN ƏLİYEV KƏMALƏDDİN OĞLUdur. 

Ayxan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi