Milli Parkındakı yanğından yeni detallar - VİDEO
Qızılağac Milli Parkında baş verən yanğın məhdudlaşdırılıb.
Azia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, nazirliyin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Neftçala rayonu, Qızılağac Milli Parkında baş vermiş yanğın ərazidə havanın küləkli olmasına baxmayaraq məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
----------
20:57
Xəbər verildiyi kimi, Neftçala rayonu, Qızılağac Milli Parkının ərazisində baş vermiş yanğınla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin iki helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.