Qadınları Türkiyəyə aparan şəxslə bağlı QƏRAR
Bakı Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilən 1986-cı il təvəllüdlü Təhmin Zelabdinovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Məlumata görə, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təhmin Zelabdinova 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, qadınları tamah niyyəti və aldatma yolu ilə istismar məqsədilə dövlət sərhədindən keçirərək Türkiyəyə aparan Təhmin Zelabdinovanın barəsində Cinayət Məcəlləsinin 144-1 (İnsan alveri) və 144-3 (insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər) maddələrilə ilə ittiham irəli sürülüb.
Belə ki, onun əməlləri üzrə 3 qadın zərərçəkmiş şəxs qismində tanınıb. Təhmin həmin qadınlarla Bakıda tanış olaraq sosial şəbəkə vasitəsilə daim ünsiyyət saxlayıb. O, həmin qadınları Türkiyədə xidmətçi kimi işə düzəldəcəyinə söz verib və onlara ayrı-ayrı vaxtlarda təyyarə bileti alaraq əvvəlcə Bakıdan Naxçıvana, oradan da quru yolu ilə Türkiyəyə getmələrini təşkil edib. Türkiyənin Artvin şəhərində yerləşən “Parabül” hotelə yerləşdirdiyi qadınların sənədlərini əlindən alan 37 yaşlı Təhmin daha sonra onları hədələyərək, müxtəlif şəxslərlə görüşmələrini təşkil edib.
Təhminin əlindən çətinliklə çıxan qadınlar Bakya qayıtdıqdan sonra onun barəsində şikayət ediblər. Zərərçəkmiş qadınlar zorla fahişəliyə cəlb edildiklərinə görə psixoloji sarsıntı keçirdiklərini qeyd ediblər. Pravda.az
Kamal Məmmədov