azia.az
azia.az

İRİA tərəfindən “Proqam təminatının hazırlanmasında təhlükəsiz kod qaydaları” təlimi həyata keçirilib

29-07-2023, 08:34


İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən dövlət və özəl qurumlara dəstək göstərən şirkət əməkdaşları üçün “Proqam təminatının hazırlanmasında təhlükəsiz kod qaydaları”  təlimlərinə start verilib. Təlimin keçirilməsində məqsəd proqram təminatının hazırlanması və inkişafı üçün dövlət və özəl qurumlarına xidmət göstərən şirkət əməkdaşlarının kod təhlükəsizliyi bacarıqlarının inkişaf etdirilməsidir. İlk təlim sessiyası proqram təminatının hazırlanması üzrə fəaliyyət göstərən "Crocusoft MMC"nin əməkdaşları üçün keçirilib. İştirakçılar rəqəmsal məhsul və xidmətlərin potensial təhlükələrdən effektiv şəkildə qorunması üzrə biliklərə yiyələniblər. Təlimçilər sırasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşları Fikrət Quliyev, Əli Məhərrəmli, Şərif Hüseynli yer alıb. 

Qeyd edək ki, ekosistem iştirakçılarını tanımaq və onlara dəstək olmaq məqsədilə bu cür görüşlərin (təlimlər) müntəzəm olaraq keçirilməsi planlaşdırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi