"Anklavlar Azərbaycana təhvil veriləcək" - Oskanyan
Ermənistan anklavları Azərbaycana təhvil verəcək.
Bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan özünün “Facebook” səhifəsində yazıb. O qeyd edib ki, anklavlarda 85-100 min azərbaycanlı məskunlaşacaq. Oskanyan bunun Ermənistan üçün ciddi problemlər yaradacağını iddia edib.Sabiq nazir onu da vurğulayıb ki, Ermənistan hakimiyyətinin hərəkətləri yeni müharibəyə gətirib çıxara bilər.