azia.az
azia.az

Bu qurumun əməkdaşlarının maaşı artdı

26-07-2023, 08:59

"Azərpoçt" əməkdaşlarının aylıq gəlirləri artıb.

 

Xəbər verilir ki, bunu "Azərpoçt" MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov bu gün media üçün brifinqdə deyib.

 

"Azərpoçt" əməkdaşlarının aylıq gəlirlərinin artırılması üzrə 2023-cü il üçün qarşıya hədəf kimi qoyulmuş bonus planı artıq tətbiq edilib və təkcə 1-ci rüb üzrə 540 nəfərin aylıq gəlirinin 500 AZN-ə qədər artırılmasına nail olunub", - sədr bildirib.

 

Qeyd edək ki, "Azərpoçt" MMC-nin 2023-cü il üzrə illik gəliri ilin ilk 6 ayı üzrə 33 mln. manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövründəkindən 3% çoxdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi