azia.az
azia.az

Güclü külək və leysan ehtimalı var - PROQNOZ

23-07-2023, 20:07

İyulun 24-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq, şimal-qərb küləyi gündüz arabir güclənəcək.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 21-26° isti, gündüz 27-32° isti olacaq.

 

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
 

Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 22-27° isti, gündüz 33-38° isti , dağlarda gecə 12-17° isti, gündüz 17-22° isti olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi