azia.az
azia.az

Elza Seyidcahan gündəm olan ədəbsiz şeirdən danışdı - Onu yazanın...

23-07-2023, 08:06

Ötən gün sosial şəbəkələrdə vulqar ifadələrlə zəngin olan şeir paylaşılıb. Paylaşım edənlər şeirin müəllifi kimi bu günlərdə Azərbaycan Yazıçılar Birliyinə üzv olan bəstəkar-müğənni Elza Seyidcahanı təqdim edib.

Müğənni qaynarinfo-ya açıqlamasında bu iddianı təkzib edib.

"Elza heç bir vaxt belə şeir yaza bilməz. Onu yazanı məhkəməyə verəcəyəm. Qoy həmin adam gəlib məhkəmədə, qanun qarşısında cavab versin. Bütün jurnalistlərə səslənirəm, adımdan bu şeiri yazan adamın tapılmasına yardımçı olun", deyə Elza Seyidcahan bildirib.

Qeyd edək ki, Elza Seyidcahanın adıçəkilən şeiri Dövlət Gömrük Komitəsinə həsr etdiyi iddia olunub.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi