azia.az
azia.az

Cinsi istəyi artırmanın 4 yolu - Bunları edin

18-08-2023, 08:03

Böyük Britaniyada YouGov-un araşdırmasına görə, cütlüklərin yalnız dörddə biri hər həftə cinsi əlaqədə olur.

44 yaşa qədər cütlərin təxminən beşdə biri ümumiyyətlə cinsi əlaqəyə girmir.


Bəs cinsi həyatı rəngləndirmək üçün nə etmək lazımdır?


Bakupost.az cinsi istəyi artırmanın 4 yolunu təqdim edir.


Cəlbedici bikinilər geyinin

Cinsi əlaqə və münasibət mütəxəssisi Suzan Quilliam cəlbedici bikinilər geyinməyi tövsiyə edib.

O bildirib ki, seksual alt paltarları hamar və yumşaq materiallardan hazırlanır, emosiyalara da təsir edir:

“Bu cür alt paltarları bədənin cinsi təşviq bölgələrini vizual olaraq vurğulayır. Bu qarşı tərəfin libidosunu olduqca yüksəldir”.



Pilates edin

Sağlam bədən, sağlam ağıl və sağlam cinsi həyat bir-birini tamamlayır. Libidonu tez bir zamanda artırmağa ümid etdiyiniz zaman ağlınıza gələn ilk şey pilates olmaya bilər, ancaq bir az uzanmaq qanın cinsi orqanlara axmasına səbəb ola bilər.


Hər şey gözlərdə başlayır

Gözünüzlə həyəcan yaradın və istəyinizi artırın. Seks və münasibətlər üzrə ekspert Suzan Quilliam deyir:

"Göz təması partnyorlar arasında fiziki bağlılğı bərpa edir, bədən və ürəyə sevgi dolu bir cütlük olduğunu xatırladır. Libido emosional yaxınlıq ilə inkişaf edir".



Cinsi əlaqə hədəf yox, səyahətdir

Aparılan araşdırmaya görə, kişilərin 42 faizi, qadınların isə 35 faizi cinsi əlaqə zamanı orqazma çatmağı əsas məqsəd qoyur. Kişilərin 75 faizi hər əlaqədə orqazma çatdığı halda, qadınlarda bu nisbət 28 faizdir.

Suzan Quilliam deyir:

“İnadla orqazmın arxasınca qaçmaq əvəzinə, özünüzü rahat buraxın”.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi