azia.az
azia.az

Xəstəxanalarda GÖRÜN NƏLƏR BAŞ VERDİ-QORXUNC

22-03-2023, 10:21

Dünyada 6 milyondan çox insanın ölümünə səbəb olan koronovirus epidemiyasının təsiri davam edərkən, ABŞ-dan narahatlıq yaradan xəbərdarlıq gəldi.

Xəbər verilir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) bu həftə ölkədəki xəstəxanalarda potensial ölümcül göbələk ştammının yayılmasını elan edən bir bəyanat yayıb.

ABŞ rəsmiləri Candida auris adlı bu göbələyin qanda infeksiyaya səbəb olduğunu və immun sistemi zəif olan insanlarda öldürücü ola biləcəyini açıqlayıb və bu xəstəliyin son illərdə tədricən yayıldığını açıqlayıb.

Annals of Internal Medicine tibb jurnalında dərc olunan məlumatlara görə, bu göbələk növünün çox sürətlə yayıldığı qeyd edilsə də, 2020-ci ildəki 756-dan 2021-ci ildə 1471-ə yüksəlib. Ötən il yoluxmaların sayı 2377-yə yüksəlib.

CDC-nin verdiyi açıqlamada, “Bu göbələk qlobal sağlamlıq üçün çox ciddi təhlükə” elan edilərkən, orta hesabla bu göbələkə yoluxan hər 3 nəfərdən 1-nin öldüyü qeyd edilib.

Bu göbələyin insandan insana keçdiyi və səthlərdə bir neçə həftə yaşaya biləcəyi də bildirilib. Rəsmilər həmçinin ənənəvi dərmanların bu göbələklə mübarizə üçün kifayət etməyəcəyini bildiriblər. CDC-nin verdiyi açıqlamada, bu göbələyin ABŞ-ın 50 ştatının yarısından çoxunda görüldüyü bildirilib. Medianews.az 

Aytac Şahin


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi