azia.az
azia.az

İranın Müdafiə Nazirliyi PUA hücumunu təsdiqlədi

29-01-2023, 12:13

İranın Müdafiə Nazirliyi İsfahanda müdafiə komplekslərinə hücumu təsdiqləyib və onu dəf etdiyini açıqlayıb.

Cebhe.info-nun Press TV-yə istinadən məlumatına görə, şənbə günü axşam saatlarında İsfahandakı müdafiə komplekslərindən birində partlayış baş verib.

Nazirlik bildirib ki, komplekslərdən birinə bir neçə pilotsuz uçuş aparatı tərəfindən hücum edilib:

"Lakin kompleksin hava hücumundan müdafiə sistemləri hücumu uğurla dəf edib. PUA-lardan biri kompleksin hava hücumundan müdafiə atəşi ilə vurulub, digər ikisi isə onun müdafiə tələlərinə düşərək partlayıb”.

Nazirlik qeyd edib ki, hücum nəticəsində insan tələfatı olmayıb, yalnız obyektin dam örtüyünə cüzi ziyan dəyib. Kompleks hücumdan sonra normal fəaliyyətini davam etdirir:

"Müdafiə Nazirliyi belə hücumların ölkənin ümumi tərəqqi yoluna təsir etməyəcəyinə əmin edir".

Xəzər


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi